DİA-  nın   “Politoloqlar Klubunun” ilk tədbiri keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan qloballaşan dünyada” adlı tədbir keçirilmişdir. Tələbələrin təşəbbüsü ilə fəaliyyətə başlayan “Politoloqlar Klubu”nun ilk qonağı olan  Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Natiq Əliyev və Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov  müxtəlif mövzularda gənclərlə fikir mübadiləsi aparıblar.

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Azərbaycan qloballaşan dünyada" adlı tədbir keçirilmişdir. Tələbələrin təşəbbüsü ilə fəaliyyətə başlayan "Politoloqlar Klubu"nun ilk qonağı olan  Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsləhətçisi Natiq Əliyev və Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov  müxtəlif mövzularda gənclərlə fikir mübadiləsi aparıblar.

N. Əliyev öz çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət konsepsiyamız bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və zənginləşdirilir.  Azərbaycanın daxili və xarici siyasətindən, qonşu ölkələrlə münasibətindən, ölkəmizin beynəlxalq arenada mövqeyindən danışan R. Musabəyov hazırda dünya geosiyasi məkanında dövlətimizin əhəmiyyətli rol oynadığını vurğulamışdır.

Tədbirin gedişində qonaqlar tələbələrin suallarını cavablandırıblar. Yeni yaranan kluba və tələbələrə uğurlar arzu edən qonaqlar  onlarla görüşdən məmnunluq duyduqlarını bildiriblər. Tədbir iştirakçıları sonda xatirə şəkli çəkdiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31