Gündəm

Azərbaycan birinciliyi keçirilir

10 Noyabr 2016 15:20

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə “Şüa” idman – sağlamlıq kompleksində “Konstitusiya günü”nə həsr olunmuş Azərbaycan birinciliyi keçirilir. “OLAYLAR”-ın GİN-ə istinadən verdiyi xəbərə görə, şəxsi kateqoriyada keçirilən yarışda respublika üzrə 2005-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızlar iştirak edirlər. Birincilikdə Bakı, Sumqayıt şəhərlərinin məkəb və klubları , o cümlədən Şəki, Balakən, Şirvan, Gəncə, Şabran rayonlarından 140-a yaxın idmançı iştirak edir. Yarışlar 11 - noyabr tarixinədək davam edəcək.

ALDP-dən bayraq aksiyası

10 Noyabr 2016 15:18

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev, Sədr Aparatının və partiyanın Gənclər Təşkilatın üzvləri Bayraq Günü münasibətilə paytaxtda bayraq aksiyası keçirib.

Məktəblilər DTX-nin Heydər Əliyev adına Akademiyasında 

10 Noyabr 2016 15:17

"9 noyabr – Azərbaycan Dövlət Bayraqğı günü” ilə əlaqədar olaraq Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 6 və 20 nomrəli məktəb-liseyin bir qrup şagirdi, müəllimi, valideynlərinin iştirakı ilə Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyinə ekskursiya təşkil edilib. Baş İdarədən “OLAYLAR”-a bildirilib ki, məktəblilər əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar. Sonra “Şöhrət” muzeyində dahi şəxsiyyət Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar.

İslahatların böyük bir qismi icra qurumları ilə bağlı olmalıdır

10 Noyabr 2016 15:16

Referendumdan sonra ölkədə müxtəlif istiqamətlərdə islahatların aparılması ilə bağlı anonslar verildi. Prezident İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq artıq bəzi sahələrdə islahatlara başlanılıb. ASGA Analitik Təhlil mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev ölkədə aparılan islahatlara münasibət bildirərkən “OLAYLAR”-a deyib ki, ölkədə hər hansı sahədə problem, gərginlik yaşanan zaman dərhal Cənab prezidentin ona müdaxilə etməsi və xalqın, ölkə vətəndaşlarının maraqlarına xidmət edən tapşırıqlar verməsi sevindirici haldır: “Lakin problemlər kifayət qədərdir. Hesab edirəm islahatların böyük bir qismi icra qurumları ilə bağlı olmalıdır.

Türkiyədə partlayış olub , icra başçısı və daha iki nəfər yaralanıb

10 Noyabr 2016 15:12

Türkiyənin cənub-şərqində yerləşən Mardin əyalətinin Derik rayonunun icra hakimiyyəti binasında törədilən partlayış nəticəsində icra başçısı da daxil olmaqla 3 nəfər yaralanıb. “Report” "Haber-7"yə istinadən xəbər verir ki, hadisə terrorçu PKK qruplaşmasının icra hakimiyyəti binasını raketlə atəşə tutması nəticəsində baş verib.

“Rusiya Azərbaycana silahı müharibənin başlanması niyyəti ilə satmır”- Deputat

10 Noyabr 2016 15:10

Rusiya Federasiya Şurasının üzvü Nikolay Rıjkov Ermənistan parlamentində jurnalistlərlə görüşündə Azərbaycana silah satılması məsələsinə toxnub.

Azərbaycana psixotrop dərmanlar gətirən dəstə tutuldu

10 Noyabr 2016 15:07

Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda psixotrop tərkibli dərman preparatlarını keçirən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.Belə ki, insan orqanizminə ciddi zərər vuran, satışı müvafiq qanunvericiliyə əsasən qadağan olunmuş psixotrop tərkibli dərman preparatlarının ölkəyə gətirilməsinin, o cümlədən alqı-satqısının qarşısının alınması istiqamətində daxili işlər orqanları tərəfindən növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Ölkədən 20 min dolların çıxarılmasının qarşısı alındı

10 Noyabr 2016 15:06

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Bakı-Tbilisi aviareysilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük nəzarəti zonasına daxil olan Azərbaycan Respublikasının vətəndaşı hərəkətləri şübhə doğurduğuna görə saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.Yoxlama zamanı vətəndaşın şalvarının və pencəyinin ciblərində, əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən 200 ədəd – hər biri 100 ABŞ dolları nominalında pul əskinasları olmaqla, cəmi 20.000 ABŞ dolları aşkar edilib.Faktla bağlı araşdırma aparılır.

Son 25 ildə fərariliklə bağlı cinayət işi açılmayıb

10 Noyabr 2016 15:05

“Son 25 ildə fərariliklə bağlı heç bir cinayət işi qaldırılmayıb. Bu, Azərbaycan gəncinin vətənə bağlılığını göstərir”. Bunu Azərbaycanın Dövlət müstəqilliyinin 25-ci il dönümü ilə bağlı keçirilən “Gənclik və dövlət müstəqilliyi: Gələcəyə baxış” konfransında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. O, bildirib ki, aprel döyüşləri gənclərin düşmənlə sona qədər döyüşdüyünü isbat etdi:“Azərbaycan dövlətinə böyük tarixi olan dövlət kimi baxmalıyıq. Müasir gənclər Azərbaycanı dünyada tanıdıblar, buna görə onlara təşəkkür düşür. Heydər Əliyevin nəsihətləri gənclər tərəfindən dürüst icra olunur. Ölkəmizdə vətənpərvər, mübariz gənclər ordusu formalaşıb. Azərbaycan gəncləri Ermənistanın siyasətini dünyada ifşa edirlər”.

Çay dəminin faydaları

10 Noyabr 2016 15:03

Çay dəmləmisiniz, amma hamısını istifadə edə bilməmisiniz. Bu zaman köhnə dəmi atmazdan öncə yaxşı düşünün. Dəmlikdə qalan çayla aşağıdakıları edə biləcəyinizi bilirdinizmi? Saçınızı şampunla yuduqdan sonra su əvəzinə dəmlikdəki çayı isidərək, saçlarınızı durulaya bilərsiniz.

Döydülər, üstəlik 1100 manatını da apardılar

10 Noyabr 2016 15:01

Ötən gecə paytaxtda quldurluq hadisəsi baş verib. Naməlum şəxslər zərərçəkəni döyərək 1100 manatını aparıblar. Məlumata görə, hadisə Nizami rayonunda quldurluq hadisəsi baş verib. Xalqlar Dostluğu metrosunun yaxınlığında 20 yaşlı Elyazov Rüstəm Göyüş oğlu döyülüb. O, çənəsinin sınığı diaqnozu ilə xəstəxanaya çatdırlıb. Ona dərhal tibbi yardım göstərilib. Polis əməkdaşları Rüstəm Elyazovu dindiriblər. O, ifadəsində bildirib ki, tanımadığı şəxslər onu döyüb cibində olan 1100 manat pulunu götürərək qaçıblar. Faktla əlaqədar cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat keçirilir. Araşdırmalar davam edir.

Deputatlarımız Malayziyaya səfər ediblər

10 Noyabr 2016 15:00

Milli Məclisin deputatları, Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Aslanov və qrupun üzvü Mirkazım Kazımov ölkənin paytaxtı Kuala Lumpur şəhərinə səfər ediblər. Bu barədə MM-dən verilən məlumata görə, səfər Malayziya Parlamentinin Nümayəndələr Palatasının vitse-spikeri, Azərbaycanla dostluq qrupunun rəhbəri Datuk Seri Dr. Roland Kiandeenin dəvəti ilə həyata keçirilir. Millət vəkilləri ölkənin qanunvericilik orqanının quruluşu ilə tanış olacaq, deputatların iş şəraiti, qəbul olunan qanunlarla maraqlanacaq, parlamentin rəhbərliyi və malayziyalı həmkarları ilə bir sıra görüşlər keçirəcəklər. Tərəflər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, təcrübə və informasiya mübadiləsi ilə bağlı məsələləri müzakirə edəcəklər. Səfər noyabrın 14-də başa çatacaq.

BANM-də Rumıniya səfiri ilə görüş keçirilib

10 Noyabr 2016 14:56

Bakı Ali Neft Məktəbində Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, rektor Elmar Qasımov qonağı salamlayaraq, BANM-in yaranma tarixi və fəaliyyət istiqamətlərindən söz acıb, Ali Məktəbdə görülən işlər və islahatlar, tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələr barədə ətraflı məlumat verib. BANM-in dünyanın müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları ilə geniş əlaqələrindən danışan Elmar Qasımov Rumıniya səfirinin BANM-in tələbələri qarşısında təqdimat və ya məruzə ilə çıxış etməsini məqsədəuyğun sayıb. Səfir Dan İanku səmimi qəbula görə təşəkkür edərək, BANM ilə Rumıniya universitetləri arasında təhsil sahəsində əməkdaşlığın perspektiv inkşafına xüsusi önəm verdiyini vurğulayıb, əlaqələrin inkişafından söz açıb. Görüşdə tələbə mübadiləsi və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Lənkəranda Azərbaycanın tolerantlıq mühiti müzakirə edilib

10 Noyabr 2016 14:53

Lənkəran rayonu Cil kənd “Hüseyniyyə” məscidində “Beynəlxalq Tolerantlıq Günü”nə həsr olunmuş “Tolerantlıq diyarı Azərbaycan” mövzusunda konfrans keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aydın Məmmədov, QMİ-nin bölgə qazısı Qəni Axundzadə, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov Azərbaycanın tarixən milli-mənəvi cəhətdən zəngin, müxtəlif dil, din və mədəniyyətlərin sərbəst şəkildə inkişaf etdiyi məkanlardan biri olduğunu qeyd edib.

Cənubi Qafqaz bölgəsində təhlükəsizliyə ən böyük təhdid Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür

10 Noyabr 2016 14:47

“Bu gün Cənubi Qafqaz bölgəsində təhlükəsizliyə ən böyük təhdid Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzüdür”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva səsləndirib.