Çay dəminin faydaları
Çay dəmləmisiniz, amma hamısını istifadə edə bilməmisiniz. Bu zaman köhnə dəmi atmazdan öncə yaxşı düşünün. Dəmlikdə qalan çayla aşağıdakıları edə biləcəyinizi bilirdinizmi? Saçınızı şampunla yuduqdan sonra su əvəzinə dəmlikdəki çayı isidərək, saçlarınızı durulaya bilərsiniz.
10 Noyabr 2016 15:03 SosialÇay dəmləmisiniz, amma hamısını istifadə edə bilməmisiniz. Bu zaman köhnə dəmi atmazdan öncə yaxşı düşünün. Dəmlikdə qalan çayla aşağıdakıları edə biləcəyinizi bilirdinizmi? Saçınızı şampunla yuduqdan sonra su əvəzinə dəmlikdəki çayı isidərək, saçlarınızı durulaya bilərsiniz. Bu zaman saçlarınızın parlaqlığı bərpa olunacaq. Ayaqüstə çalışanlar hər axşam yatmadan öncə böyük bir qabda ayaqlarını çay dəmində saxlaya bilərlər. Bununla günün bütün yorğunluğuna son qoymuş olacaqsınız. Bir çoxları bədən kremlərindən istifadə edirlər. Lakin, yuyunduqdan sonra dəmlik çayla bədəninizi masaj etsəniz büdcənizə qənaet etmiş olarsınız. Həmçinin dərinizdəki hər - hansı yaraları təmizləmək istədikdə və tez saxalmasını arzuladiqda çaydan istifadə edin. Çayın tərkibindəki bəzi maddələr antibakterial xüsusiyyətə malikdi. Əllərinizdən və ağzınızdan pis qoxu gələrsə bu zaman sizin köməyinizə yenə də çay dəmi çatacaq. 1stekan çay dəmi içməklə ağzınızdakı xoşagəlməz qoxunu dəf edə bilərsiniz. Soyducunuzda da eyni halla - pis qoxu ilə rastlaşma ehtimalınız var. Bu zaman çayın yarpaqlarını qurudursunuz və qurumuş yarpaqları soyducunun orta hissəsinə yaymaqla xoşagəlməz qoxudan qurtulmuş olursunuz.