Döydülər, üstəlik 1100 manatını da apardılar
Ötən gecə paytaxtda quldurluq hadisəsi baş verib. Naməlum şəxslər zərərçəkəni döyərək 1100 manatını aparıblar. Məlumata görə, hadisə Nizami rayonunda quldurluq hadisəsi baş verib. Xalqlar Dostluğu metrosunun yaxınlığında 20 yaşlı Elyazov Rüstəm Göyüş oğlu döyülüb. O, çənəsinin sınığı diaqnozu ilə xəstəxanaya çatdırlıb. Ona dərhal tibbi yardım göstərilib. Polis əməkdaşları Rüstəm Elyazovu dindiriblər. O, ifadəsində bildirib ki, tanımadığı şəxslər onu döyüb cibində olan 1100 manat pulunu götürərək qaçıblar. Faktla əlaqədar cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat keçirilir. Araşdırmalar davam edir.
10 Noyabr 2016 15:01 KriminalÖtən gecə paytaxtda quldurluq hadisəsi baş verib. Naməlum şəxslər zərərçəkəni döyərək 1100 manatını aparıblar. Məlumata görə, hadisə Nizami rayonunda quldurluq hadisəsi baş verib. Xalqlar Dostluğu metrosunun yaxınlığında 20 yaşlı Elyazov Rüstəm Göyüş oğlu döyülüb. O, çənəsinin sınığı diaqnozu ilə xəstəxanaya çatdırlıb. Ona dərhal tibbi yardım göstərilib. Polis əməkdaşları Rüstəm Elyazovu dindiriblər. O, ifadəsində bildirib ki, tanımadığı şəxslər onu döyüb cibində olan 1100 manat pulunu götürərək qaçıblar. Faktla əlaqədar cinayət işi başlanıb. Hadisəni törədən şəxslərin tutulması istiqamətində əməliyyat keçirilir. Araşdırmalar davam edir.