BANM-də Rumıniya səfiri ilə görüş keçirilib
Bakı Ali Neft Məktəbində Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, rektor Elmar Qasımov qonağı salamlayaraq, BANM-in yaranma tarixi və fəaliyyət istiqamətlərindən söz acıb, Ali Məktəbdə görülən işlər və islahatlar, tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələr barədə ətraflı məlumat verib. BANM-in dünyanın müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları ilə geniş əlaqələrindən danışan Elmar Qasımov Rumıniya səfirinin BANM-in tələbələri qarşısında təqdimat və ya məruzə ilə çıxış etməsini məqsədəuyğun sayıb. Səfir Dan İanku səmimi qəbula görə təşəkkür edərək, BANM ilə Rumıniya universitetləri arasında təhsil sahəsində əməkdaşlığın perspektiv inkşafına xüsusi önəm verdiyini vurğulayıb, əlaqələrin inkişafından söz açıb. Görüşdə tələbə mübadiləsi və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
10 Noyabr 2016 14:56 SosialBakı Ali Neft Məktəbində Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, rektor Elmar Qasımov qonağı salamlayaraq, BANM-in yaranma tarixi və fəaliyyət istiqamətlərindən söz acıb, Ali Məktəbdə görülən işlər və islahatlar, tədris prosesi, tələbələr üçün yaradılan şərait və beynəlxalq əlaqələr barədə ətraflı məlumat verib. BANM-in dünyanın müxtəlif aparıcı ali təhsil ocaqları, həmçinin beynəlxalq şirkət və qurumları ilə geniş əlaqələrindən danışan Elmar Qasımov Rumıniya səfirinin BANM-in tələbələri qarşısında təqdimat və ya məruzə ilə çıxış etməsini məqsədəuyğun sayıb. Səfir Dan İanku səmimi qəbula görə təşəkkür edərək, BANM ilə Rumıniya universitetləri arasında təhsil sahəsində əməkdaşlığın perspektiv inkşafına xüsusi önəm verdiyini vurğulayıb, əlaqələrin inkişafından söz açıb. Görüşdə tələbə mübadiləsi və digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.