ALDP-dən bayraq aksiyası

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev, Sədr Aparatının və partiyanın Gənclər Təşkilatın üzvləri Bayraq Günü münasibətilə paytaxtda bayraq aksiyası keçirib.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev, Sədr Aparatının və partiyanın Gənclər Təşkilatın üzvləri Bayraq Günü münasibətilə paytaxtda bayraq aksiyası keçirib. "OLAYLAR"-ın xəbərinə görə, partiya rəhbərliyi əvvəlcə "İstiqlal bəyannaməsi" abidəsini ziyarət ediblər, abidənin önünə bayraq və qərənfillər qoyublar. Daha sonra partiyanın Gənclər Təşkilatının üzvləri paytaxt sakinləri və qonaqlara Azərbaycan bayraqları paylamaqla yanaşı, bayrağımız üzərindəki rəng və simvolların mənası, bayrağımızın yaranma tarixi barədə məlumatlandırıblar. Aksiyada 2 mindən çox Azərbaycan bayrağı paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31