Son 25 ildə fərariliklə bağlı cinayət işi açılmayıb
“Son 25 ildə fərariliklə bağlı heç bir cinayət işi qaldırılmayıb. Bu, Azərbaycan gəncinin vətənə bağlılığını göstərir”. Bunu Azərbaycanın Dövlət müstəqilliyinin 25-ci il dönümü ilə bağlı keçirilən “Gənclik və dövlət müstəqilliyi: Gələcəyə baxış” konfransında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. O, bildirib ki, aprel döyüşləri gənclərin düşmənlə sona qədər döyüşdüyünü isbat etdi:“Azərbaycan dövlətinə böyük tarixi olan dövlət kimi baxmalıyıq. Müasir gənclər Azərbaycanı dünyada tanıdıblar, buna görə onlara təşəkkür düşür. Heydər Əliyevin nəsihətləri gənclər tərəfindən dürüst icra olunur. Ölkəmizdə vətənpərvər, mübariz gənclər ordusu formalaşıb. Azərbaycan gəncləri Ermənistanın siyasətini dünyada ifşa edirlər”.
10 Noyabr 2016 15:05 Sosial"Son 25 ildə fərariliklə bağlı heç bir cinayət işi qaldırılmayıb. Bu, Azərbaycan gəncinin vətənə bağlılığını göstərir". Bunu Azərbaycanın Dövlət müstəqilliyinin 25-ci il dönümü ilə bağlı keçirilən "Gənclik və dövlət müstəqilliyi: Gələcəyə baxış" konfransında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. O, bildirib ki, aprel döyüşləri gənclərin düşmənlə sona qədər döyüşdüyünü isbat etdi:"Azərbaycan dövlətinə böyük tarixi olan dövlət kimi baxmalıyıq. Müasir gənclər Azərbaycanı dünyada tanıdıblar, buna görə onlara təşəkkür düşür. Heydər Əliyevin nəsihətləri gənclər tərəfindən dürüst icra olunur. Ölkəmizdə vətənpərvər, mübariz gənclər ordusu formalaşıb. Azərbaycan gəncləri Ermənistanın siyasətini dünyada ifşa edirlər".