Gündəm

Lokomotiv depoda oğurluq olub

10 Noyabr 2016 16:13

Noyabrın 4-dən 7-dək olan müddətdə Gəncə lokomotiv deposundan elektrovoza məxsus 7 ədəd hava çəni oğurlanıb. DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində çəni oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Ramal Məmmədov tutulub.

Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

10 Noyabr 2016 16:10

Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də rayon sakini Bəhram Hüseynovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Mercedes" markalı avtomobilin sürücüsü, həmyerlisi Fəxri Əliyev tutulub. Faktla bağlı araşdırma aparılır. 

25 nəfər dövlət sərhədini pozub

10 Noyabr 2016 16:08

Dövlət Sərhəd Xidməti (DSX) bu ilin oktyabrında dövlət sərhədini pоzan 19 halda 25 nəfəri saxlayıb. DSX-nin mətbuat mərkəzindən verilən məlumata görə, saxlanılan şəxslərdən 13 nəfəri Azərbaycan, 3 nəfəri Gürcüstan, 3 nəfəri Özbəkistan, 2 nəfəri Tacikistan, 2 nəfəri Rusiya, hər ölkədən bir nəfər оlmaqla İran və Türkiyə vətəndaşı оlub. Sərhəd rejim qaydalarını pоzarkən yaşıl sərhəddə 5 halda 18 nəfər, Xəzər dənizində 23 halda 35 nəfər, Sərhəd Nəzarəti Məntəqələrində 590 halda 823 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Azərbaycanın hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 369 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Təhsil müəssisələrində Dövlət Bayrağı Günü qeyd olunub

10 Noyabr 2016 16:05

9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar ümumi təhsil müəssisələrində tədbirlər keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə təşkil olunan tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, rayon icra hakimiyyətləri və valideyn icmalarının  nümayəndələri, təhsil  müəssisələrinin  pedaqoji və şagird  kollektivləri  iştirak ediblər.

Akif Çovdarovun cinayət işi üzrə məhkəmənin baxış iclası noyabrın 14-ə təyin edilib -YENİLƏNİB1

10 Noyabr 2016 16:01

Günün ikinci yarısında Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İki nəfəri vuran sürücü saxlanıb

10 Noyabr 2016 15:53

Paytaxtda 2 nəfəri vurub aradan çıxan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Bakı BPİ DYPİ və Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 8-də Bakı şəhər sakinləri Aytac Abbasovanın və Nizyan Cəbiyevanın xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən "Renault" markalı avtomobilin sürücüsü - paytaxt sakini Elvira Banlıyeva saxlanılıb. Araşdırma aparılır. 

Goranboyda 3 otaqlı ev yanıb

10 Noyabr 2016 15:53

Goranboy rayonu, Nizami kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 110 m² olan birmərtəbəli, kürsülü 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunubr. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Keçmiş məhkumdan marixuana götürülüb

10 Noyabr 2016 15:52

Balakən sakinindən narkotik vasitə götürülüb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayon sakini Pərviz Abdullayevdən 1 kiloqram 510 qram marixuana götürülüb. Ətrafında aparılan araşdırmalar zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib. 

Azərbaycan ortoped və travmatoloqlarının II Qurultayı keçiriləcək

10 Noyabr 2016 15:50

12-13 noyabr 2016-cı il tarixdə “Hyatt Regency Baku” otelinin Quba zalında saat 09:00-da Azərbaycan ortoped və travmatoloqlarının II Qurultayı və Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun 70 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, elmi-praktiki konfransda Travmatoloji-ortopedik yardımın təşkilinin müasir aspektləri, Travmatologiya və ortopediyada innovasion texnologiyalar (osteosintez, endoprotezləşdirmə, artroskopiya, onurğa patologiyasında transpedikulyar fiksasiya və s.), çoxsaylı və müştərək travmalar, uşaq ortopediyasının və travmasının aktual problemləri, onurğa xəstəlikləri və zədələnmələri, dayaq-hərəkət sisteminin şüa diaqnostikası, ortopediya və travmatologiyada səhv və fəsadlaşmalar, mövzusunda məruzələr dinləniləcək.

"Sarkisyan 2 rayonu qaytarmağa razılaşmışdı, silahlılar qoymadı..."

10 Noyabr 2016 15:48

Rusiya prezidenti Vladimir Putin bu ilin iyun ayında Sankt-Peterburqda  Azərbaycan və Ermənistan prezidentlərinə Dağlıq Qarabağ ətrafındakı 2 rayonun qaytarılmasını, əvəzində kommunikasiyaların açılmasını nəzərdə tutan "olduqca konstruktiv" təklif vermişdi. 

MTRŞ sədri beynəlxalq konfransda iştirak etmək üçün Praqaya gedib

10 Noyabr 2016 15:45

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli Çexiyaya səfərə gedib. Bu barədə "Report"a MTRŞ-ın Aparat rəhbəri Toğrul Məmmədov məlumat verib.

Şahid: “Poliuretan məhsullarına saxta sertifikat verilib”

10 Noyabr 2016 15:34

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. SİA-nın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, zərərçəkmişlərdən biri rayonda, biri isə tədbirdə olduğu üçün məhkəmədə iştirak edə bilmirlər və növbəti məhkəmə prosesinə qatılacaqlar.

Lavrov: "Rusiya ABŞ-la münasibətlərin normallaşacağına inanır"

10 Noyabr 2016 15:27

Moskva ümid edir ki, ABŞ-da keçirilmiş prezident seçkilərindən sonra iki ölkə arasında münasibətlər normallaşmağa doğru inkişaf edəcək.

AŞPA-da erməni deputatın təxribatının qarşısı alındı

10 Noyabr 2016 15:25

AŞPA Monitorinq Komitəsinin ötən gün Parisdə keçirilmiş iclasında Avropa Şurasına Üzv Dövlətlər arasında Münaqişələrə dair Alt Komitənin missiyası çərçivəsində məruzə müzakirə olunub.