Azərbaycan ortoped və travmatoloqlarının II Qurultayı keçiriləcək

12-13 noyabr 2016-cı il tarixdə “Hyatt Regency Baku” otelinin Quba zalında saat 09:00-da Azərbaycan ortoped və travmatoloqlarının II Qurultayı və Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun 70 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, elmi-praktiki konfransda Travmatoloji-ortopedik yardımın təşkilinin müasir aspektləri, Travmatologiya və ortopediyada innovasion texnologiyalar (osteosintez, endoprotezləşdirmə, artroskopiya, onurğa patologiyasında transpedikulyar fiksasiya və s.), çoxsaylı və müştərək travmalar, uşaq ortopediyasının və travmasının aktual problemləri, onurğa xəstəlikləri və zədələnmələri, dayaq-hərəkət sisteminin şüa diaqnostikası, ortopediya və travmatologiyada səhv və fəsadlaşmalar, mövzusunda məruzələr dinləniləcək.

12-13 noyabr 2016-cı il tarixdə "Hyatt Regency Baku" otelinin Quba zalında saat 09:00-da Azərbaycan ortoped və travmatoloqlarının II Qurultayı və Elmi-tədqiqat travmatologiya və ortopediya institutunun 70 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçiriləcək. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, elmi-praktiki konfransda Travmatoloji-ortopedik yardımın təşkilinin müasir aspektləri, Travmatologiya və ortopediyada innovasion texnologiyalar (osteosintez, endoprotezləşdirmə, artroskopiya, onurğa patologiyasında transpedikulyar fiksasiya və s.), çoxsaylı və müştərək travmalar, uşaq ortopediyasının və travmasının aktual problemləri, onurğa xəstəlikləri və zədələnmələri, dayaq-hərəkət sisteminin şüa diaqnostikası, ortopediya və travmatologiyada səhv və fəsadlaşmalar, mövzusunda məruzələr dinləniləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31