Gündəm
Gənclər hər bir sahədə vətənpərvər olmalıdır
Məlumdur ki, hər bir dövlətin gələcəyi onun yetişməkdə olan sağlam düşüncəli gənclərindən asılıdır. Həmin gənclər isə elə yetişdirilməlidir ki, onlarda vətənpərvərlik hissi yüksək olsun. Gənclərin vətənpərvər ruhda böyüməsinə təsir edən amillər təkcə milli qəhrəmanların təbliği, onların həyat və döyüş yolu barədə tədbirlərin keçirilməsi ilə əhatə olunmamalıdır.
Londona gedəcək jurnalistlər bəlli oldu
Azercell Telekom MMC-nin Kaspi Təhsil Şirkəti ilə birgə təşkil etdiyi jurnalistlər üçün ingilis dili kurslarının növbəti mərhələsi başa çatıb. Noyabrın 10-da keçirilən mətbuat konfransında Londona təhsil almağa gedən daha 2 jurnalistin adı açıqlanıb. 2017-ci ildə Londona səfər edəcək qalib jurnalistlər Məmmədova Səadət və Samir Hüseynov oldular. Bu jurnalist tələbələr kurs müəllimləri tərəfindən keçirilən imtahanlarda yüksək nəticələr göstərərək Böyük Britaniyada ingilis dilini təkmilləşdirmək imkanı qazanıblar.
Deputat: “Amerika ilə münasibətlərimiz daha da inkişaf edəcək"- AÇIQLAMA
“Donald Trampın ABŞ-ın yeni prezidenti seçilməsi Azərbaycan - Amerika münasibətlərinə müsbət təsir edəcək. Biz öz siyasətimizlə düzgün inkişaf edən beynəlxalq əlaqələrimizin bünövrəsini qoymuşuq. Bu baxımdan Amerika ilə münasibətlərimiz daha da inkişaf edəcək". BunuSİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Binəqədidə uçqun: Yaşayış evləri TƏHLÜKƏDƏ
Bakıda uçqun baş verib. Olaylar.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovun APA-ya verdiyi məlumata görə, uçqun prosesi Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 34 ünvanında qeydə alınıb.
Vətəndaşlara sığorta ödənişləri verilib
İcbari sığortalar haqqında Azərbaycan Respublikasının qanununa əsasən, müxtəlif sığorta hadisələri baş verdikdə sığortalanmış daşınmaz əmlak sahiblərinə dəymiş zərərlər sığorta orqanları tərəfindən qiymətləndirilərək əmlak sahibinə ödənilir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nüfuzlu "Əlcəzirə" telekanalına müsahibə verib
Noyabrın 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan "Əlcəzirə" telekanalının Türkiyə təmsilçiliyinə müsahibə verib.
Bakıda "Qarabağ: tarix və irs" mövzusunda beynəlxalq elmi konfrans keçirilir
Noyabrın 10-da "Holiday İnn" hotelində "Qarabağ: tarix və irs" mövzusunda beynəlxalq elmi konfransın açılış mərasimi keçirildi. Konfrans Mədəniyyət və Turizm Nazirliyi, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzi (IRCICA) və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşır.
57 büküm heroini daxili orqanında gizlədib
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb. DGK-nın mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanlarında (mədə və düz bağırsağında) 57 ədəd bükümdə, xalis çəkisi 131,10 qram olan narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Nazir: “Qanunsuz sahibkarlıqla mübarizə qənaətbəxş deyil”
Vergilər Nazirliyində Azərbaycan Respublikasının Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli Sərəncamında verilən tapşırıqların icrası istiqamətində görülən işlərə və qarşıda duran vəzifələrə həsr edilmiş Kollegiya iclası keçirilib. İclasda çıxış edən vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov bildirib ki, Azərbaycanda sahibkarlığın inkişafının dəstəklənməsi, vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində son illər ərzində mühüm addımlar atılıb, görülmüş tədbirlər nəticəsində büdcəyə vergi daxilolmaları üzrə müəyyən edilmiş proqnoz tapşırıqlarına artıqlaması ilə əməl olunub.
Ronaldo ömürlük müqavilə imzaladı
Kriştiano Ronaldo futbolçu karyerası ilə yanaşı məşhur markalarla işbirliyini də uğurla davam etdirir.
ABŞ-da "rus mafiyası"nın 8 üzvü saxlanıldı
Amerikanın Narkotiklərlə Mübarizə üzrə İdarəsinin əməkdaşları Nyu-Yorkda "rus mafiyası"nın üzvü olan cinayətkar qruplaşmanın 8 üzvünü yaxalayıb. Olaylar.az modern.az-a istinadən xəbər verir ki, onlar Rusiyada və keçmiş SSRİ respublikalarının vətəndaşlarıdır.
Vyetnam hökuməti Rusiya ilə birgə AES tikintisi layihəsindən imtina edib
Vyetnam hökuməti Rusiyanın “Rosatom” şirkəti ilə birgə ölkədə Atom Elektrik Stansiyasının (AES) tikilməsi layihəsindən imtina edib.
Daha iki erməni ictimai xadim Xocalı abidəsini ziyarət edib
“Meridian” qeyri-hökumət təşkilatının Azərbaycanda səfərdə olan sədr müavini, jurnalist Suzanna Caqinyan və Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan Bakının Xətai rayonunda Xocalı qurbanlarının xatirəcinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.
Gələn həftə son 68 ilin ən nadir hadisəsi olacaq
Olaylar.az Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılovun noyabrın 14-də gözlənilən təbiət hadisəsi ilə bağlı Trend-ə müsahibəsini təqdim edir: - Noyabrın 14-də müşahidə edilən hadisəyə - Ayın Yerə yaxınlaşmasına astroloji baxımdan necə qiymət vermək olar? - Ayın Yerə yaxınlaşması müşahidə olunan təbiət hadisəsidir. Belə hadisələr tez-tez olur. Bu, Ayın Yer ətrafında hərəkəti ilə bağlıdır. Bildiyiniz kimi, Ay Yerin ətrafında elips üzrə hərəkət edir. Yəni Ayın Yerə həm ən yaxın, həm də ən uzaq məsafəsi olur. Bu yaxın-uzaq məsafələrin özləri də həmişə dəyişərək fərqli olur. Ay yerə çox yaxın olanda biz Ayı böyük görürük və ona "Super Ay" deyirik. Çünki bu zaman Ay həmişəkindən böyük olur, yəni diski böyük görünür.
Bakıda soyğunçular ifşa edilib
Noyabrın 7-də Bakı şəhər sakini Mayıl Bağırovun 328 manat pulunu və mobil telefonunu soyğunçuluq yolu ilə oğurlanıb. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Tovuz rayon sakini Şahin Sultanov və Ağdam rayon sakini Nurəddin Tağıyev tutulub, daha 1 nəfər isə müəyyən edilib.














