Gündəm

"Hamımız Azərbaycanla oyunda ondan qol gözləyirik"

10 Noyabr 2016 18:50

Təəssüf ki, Azərbaycanla görüşdə komandama kömək edə bilməyəcəm. Amma yığmamıza kənardan da olsa, dəstək verəcəm. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, bunu Şimali İrlandiya yığmasının hücumçusu Ceymi Uord deyib.

“Görünür, ABŞ-da prezident seçkilərinin nəticələri ATƏT-i qane etmir”- ŞƏRH

10 Noyabr 2016 18:47

“ABŞ-da federal seçki qanunvericiliyi yoxdur və seçkilər ayrı-ayrı ştatların qanunvericiliyinə uyğun şəkildə keçirilir. Bir çox ştatlarda isə ümumiyyətlə beynəlxalq təşkilatların seçkiləri müşahidə etməsinə imkan verilmir. Amma bu günə kimi ATƏT qeyd edilən məsələ ilə bağlı bir dəfə olsun səsini çıxarmayıb, hər hansı formada açıqlama verməyib”. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli ATƏT-in ABŞ-dakı seçkiləri tənqid etməsinə münasibət bildirərkən deyib.

FİFA prezidenti: "Mourinyo kimi innovatorlar futbola lazımdır"

10 Noyabr 2016 18:46

FİFA prezidenti Canni İnfantino "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo heyranı imiş.

Bəzi yerlərdə qaz olmayacaq

10 Noyabr 2016 18:45

Sabah "Qaz İxrac" İdarəsinin Qazax və Astara Magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

“Siyasi məhbus“ labirinti: bir irəli, iki geri iki geri

10 Noyabr 2016 18:30

2 fərqli "siyasi məhbus" siyahısı hazırlayan "5-ci kolon" təmsilçilərinin sosial şəbəkələrdəki söz duelində müxtəlif mətləblərin üstü açılır Radikal müxalifət düşərgəsində ötən ayın ortalarından başlayan "siyasi məhbus" qovğası prosesə daha çox iştirakçının qoşulması ilə yeni mərhələyə qədəm qoyub. Bəzi siyasilərin və "hüquq müdafiəçiləri"nin aktiv rol aldığı bu yarışda tərəflər bir-birinə üstün gəlmək üçün bütün arsenallarını səfərbər ediblər. Oktyabrın 17-də özlərinin 94 nəfərlik siyahısını təqdim edərək rəqiblərindən bir addım önə keçən Xədicə İsmayıl və dəstəsinin qarşı tərəfin 166 nəfərlik siyahısı ilə bağlı ittihamlarının ana xəttini bu ikitirəliyin Əli Kərimli tərəfindən salınması təşkil edir. İsmayıl hesab edir ki, bu işlərin başında "ağılsız ambisioz" adlandırdığı Kərimli dayanır. Radikal müxalifət düşərgəsində də ümumi yanaşma məhz bu yöndədir. 

Nyukasl Universitetinin tələbələri Belfastda millimizi coşquyla dəstəyəcəklər

10 Noyabr 2016 18:26

Böyük Britaniyanın Nyukasl Universitetinin tələbələri noyabrın 11-də Belfastda Şimali İrlandiya yığması ilə qarşılaşacaq futbol üzrə Azərbaycan yığmasının dəstəyəcəklər. Bu barədə Nyukasl Univeristeti maliyyə-iqtisadiyyat fakultəsinin üçüncü kurs tələbəsi Orxan Hüseynbəyli saytımıza məlumat verib.

“Ölüm maşını” açıq satışda – ŞOK DİALOQ

10 Noyabr 2016 18:11

Son günlər internetdə “ölüm maşını” adlanan tüfənglərin qeyri-leqal satışı sürətlənib. Publika.az xəbər verir ki, Türkiyədə bu tüfənglərin qiyməti 300 lirədir və açıq şəkildə satılır.

Müəllimənin əri tərəfindən yandırılmasının ŞOK TƏFƏRRÜATI

10 Noyabr 2016 18:10

Mahrızlı kənd İcra nümayəndəliyindən Publika.az-a bildirib ki, hadisə Kima Vəliyeva həyətdəki zibillərə od vurarkən baş verib.

Pentaqondan SOS: Müharibə bir neçə günə başlayır

10 Noyabr 2016 18:09

Rusiyanın “Admiral Kuznetsov” təyyarədaşıyan gəminin təyyarələri Suriya səmasında qeydə alınıb.

Ər arvadına od vurub yandırdı

10 Noyabr 2016 18:07

Ağdamda ər arvadını yandırıb. Hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Yanıq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Vəliyeva Kima Zaman qızı polisə ilkin ifadəsində həyat yoldaşı İsmayıl Əliyev tərəfindən yandırıldığını bildirib. Məlumata görə, Ağdam Rayon Polisi İdarəsindən APA-ya bildirilib ki, İ. Əliyev arvadı, K. Vəliyevanın üstünə benzin tökdükdən sonra od vurub.K. Vəliyevanın müəllim olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.

Kürdəmirdə 3 otaqlı ev yanıb

10 Noyabr 2016 18:06

Kürdəmirdə yanğın hadisəsi qeydə alınıb.”Olaylar” Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, rayonun Şahsevən kəndində vətəndaşa məxsus ümumi sahəsi 216 m2 olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin mətbəxinin yanar konstruksiyaları 16 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Azərbaycan bayrağı- milli həmrəylik və bütövlüyün rəmzi

10 Noyabr 2016 17:44

“Hər bir dövlətin müstəqilliyi və suverenliyini onun dövlət rəmzlərində ifadə olunur. Bu mənada, bayraq hər bir dövlətin beynəlxalq münasibətlər sistemində iştirak etməsi üçün vizit vərəqəsi sayılırsa, bu, xalq üçün onun mənliyini, kimliyini ifadə edən xüsusi atributdur”.

Deputat: “Ölkədə tamamilə yeni reallıqlara sahib olan biznes mühiti formalaşmaqdadır”

10 Noyabr 2016 17:43

Həyata keçirilən tədbirlər, qəbul olunan qərarlar və qanunlar ölkədə biznes mühitini bir neçə istiqamətdə təkmilləşdirmişdir”. Bunu deyən Milli Məclisin deputatı Tahir Mirkişilinin sözlərinə görə, ilk öncə bürokratik əngəlləri tam aradan götürməklə sahibkarlara daha sərbəst fəaliyyət göstərmək imkanı yaradılıb.

"Trampa görə neft ucuzlaşacaq, manat isə..." - Millət vəkili

10 Noyabr 2016 17:42

Donald Trapmın prezident seçilməsi dünya iqtisadiyyatında təlütümlərə, neftin qiymətinin aşağı düşməsinə səbəb ola bilər.

Akif Çovdarov: "Mənə bu məhkəmə və onun qərarı maraqlı deyil"

10 Noyabr 2016 17:38

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç keçmiş MTN əməkdaşının məhkəmə prosesi davam etdirilib.