Nyukasl Universitetinin tələbələri Belfastda millimizi coşquyla dəstəyəcəklər

Böyük Britaniyanın Nyukasl Universitetinin tələbələri noyabrın 11-də Belfastda Şimali İrlandiya yığması ilə qarşılaşacaq futbol üzrə Azərbaycan yığmasının dəstəyəcəklər. Bu barədə Nyukasl Univeristeti maliyyə-iqtisadiyyat fakultəsinin üçüncü kurs tələbəsi Orxan Hüseynbəyli saytımıza məlumat verib.

Böyük Britaniyanın Nyukasl Universitetinin tələbələri noyabrın 11-də Belfastda Şimali İrlandiya yığması ilə qarşılaşacaq futbol üzrə Azərbaycan yığmasının dəstəyəcəklər.

Bu barədə Nyukasl Univeristeti maliyyə-iqtisadiyyat fakultəsinin üçüncü kurs tələbəsi Orxan Hüseynbəyli saytımıza məlumat verib.

O, bildirib ki, Nyukasldan Belfasta beş tələbə gedəcək. Belfastda oxuyan tələbə həmkarları da onlara qoşulacaq.

O.Hüseynbəyli onu da qeyd edib ki, matç üçün xüsusi bəstə hazırlanıb və onlar tribunadan bu mahnını ifa edəcəklər.

Bəstəni Hollandiyada yaşayan tələbələrin "Milli dəstə" fan-klubu hazırlayıb və onlar da həmin bəstəni öyrəniblər.

Qeyd edək ki, Belfastın "Vindzor Park"ında 60-dan çox Azərbaycan bayrağı dalğalanacaq və yarış Bakı vaxtə ilə saat 23-45-də başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31