Gündəm

Müəllim və valideynlərin səyyar qəbulu keçirilib 

11 Noyabr 2016 15:18

Noyabrın 11-də Bakıdakı 27 nömrəli tam orta məktəbdə Suraxanı və Xətai rayonları üzrə müəllim və valideynlərin ənənəvi səyyar qəbulu keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, İdarənin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətininin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Bəzi mehmanxanalara dərəcə sertifikatları verilib

11 Noyabr 2016 15:17

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, nazirliyin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur. Cari ilin noyabr ayı ərzində Bakı şəhərində və regionda yerləşən “Staybridge Suites Baku”, “Neapol”, “Baku İnn Hotel”, “Xan Lənkəran” və “Manor” mehmanxanalarına AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib. Hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxa və mehmanxana tipli obyektlərin sayı 121-ə çatıb.

Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarların sayı açıqlanıb 

11 Noyabr 2016 15:16

Azərbaycan Konstitusiya Məhkəməsinin fəaliyyətə başladığı dövrdən bu günə qədər qəbul etdiyi qərarların sayı açıqlanıb. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, fəaliyyətə başladığı dövrdən bu günə qədər məhkəmənin Plenumu tərəfindən ümumilikdə 336 qərar qəbul edilib. Bundan başqa, Konstitusiya Məhkəməsi 75 qərardad qəbul edib: "Həmin qərarlar və onlarda formalaşdırılmış hüquqi mövqelər konstitusiyanın aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının qorunmasına və pozulmuş hüquqların bərpasına xidmət edir".

Deputat: “ABŞ-da keçirilən prezident seçkiləri Amerika cəmiyyətində irqi, dini, milli böhranı ortaya çıxardı” 

11 Noyabr 2016 15:15

“ABŞ-da keçirilən prezident seçkiləri Amerika cəmiyyətində irqi, dini, milli böhranı ortaya çıxardı. İkincisi, seçkilər Amerika vətəndaşlarının pulunu Əfqanıstanda və Yaxın Şərqdə və digər məkanlarda inqilablara xərcləyənlərin məğlubiyyətini ortaya çıxardı”. Bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib.

Milli Məclisdə kredit borcuna görə şəxsiyyət vəsiqəsi ala bilməyənlərin problemi qaldırıldı

11 Noyabr 2016 15:14

Deputat Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında ona vətəndaşlar tərəfindən edilən mühüm müraciəti səsləndirib. “Olaylar” xəbər verir ki, deputat deyib ki, Azərbaycanda bir sıra xidmətlərin “ASAN Xidmət”ə verilməsi çox yaxşıdır: “Ancaq indi şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlər üçün ciddi problemlər yaranıb. Yəni ya kredit borcu, ya da vergi borcuna görə deyirlər ki, şəxsiyyət vəsiqəsinin vaxtı uzadıla bilməz. Bank sistemində kiminsə səhvini axı “ASAN Xidmət” ödəməli deyil?! Vətəndaş neyləsin ki, devalvasiya baş verib, nəticədə o yoxsullaşıb, kreditini ödəyə bilmir. Şəxsiyyət vəsiqəsi cinayətkara da verilir. Bunu qarışdırmağın mənası yoxdur”.

MTRŞ-nın səlahiyyəti genişləndirildi

11 Noyabr 2016 15:12

“Əvvəllər televiziya və radio açmaq istəyən İqtisadiyyat Nazirliyinə müraciət edərək və Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəyini alaraq bu işi həyata keçirirdi. Artıq bundan sonra bu prosedurlarda MTRŞ-nın səlahiyyətləri genişlənir və bütövləşir”.

Bill Klinton Trampa zəng edib

11 Noyabr 2016 15:07

ABŞ-ın sabiq prezidenti, Demokratlar partiyasından prezidentliyə namizəd Hillari Klintonun əri Bill Klinton ABŞ-ın yeni prezidenti Donald Trampı təbrik edib.

İnsan resurslarının idarə edilməsi funksiyası strateji səviyyəyə yüksəlib

11 Noyabr 2016 15:00

“Hazırda iqtisadiyyatda baş verən dəyişikliklər insan resurslarının idarə edilməsi funksiyasının əhəmiyyətini daha da artırıb. Deyərdim ki, bu istiqamət strateji səviyyəyə yüksəlib. Şirkətlər rəqabət qabiliyyətinin yüksəlməsi üçün hər hansı texnoloji yeniliklərin və ya iqtisadiyyatın ümumi inkişaf tempinin deyil, işçilərin bilik və bacarıqlarının əsas amil olacağını nəzərə alaraq  insan kapitalına verilən dəyəri artırıblar”. Bunu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev növbəti Milli İnsan Resursları Forumundakı çıxışı zamanı deyib. Forumda müxtəlif  xarici və yerli şirkətlərin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Naxçıvanlı bir neçə müəllifin bu günə qədər tədqiq olunmamış əlyazmaları aşkar edilib

11 Noyabr 2016 14:57

AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda Naxçıvan Muxtar Respublikasına dair müxtəlif tarixi qaynaqları əhatə edən yeni əlyazma və qədim kitablar toplanılıb. Bunların içərisində fondun balansına fars dilində daxil edilən Rizaqulu xan Hidayətin 368 səhifəni əhatə edən “Riyazül Arifin” (hicri-qəməri 1305-ci il, Tehran), Müştəri Müstehidzadə Qarabağinin 278 səhifəlik ornamentli “Riyazül aşiqin” (hicri-şəmsi 1328-ci il, İstanbul), 248 səhifəlik Mir Möhsün Nəvvabın “Təzkireyi-Nəvvab” (1913-cü il, Bakı) adlı təzkirələrinin ilkin araşdırmaları aparılıb.

İran parlamentində “Türk Fraksiyası”

11 Noyabr 2016 14:56

Vüqar Zifəroğlu: “İran qanunvericilik orqanında belə bir fraksiyanın yaradılması müsbət hal kimi dəyərləndirilməlidir” Azərbaycan üçün son illərin ən önəmli hadisələrindən biri kimi qiymətəndirə biləcəyimiz məsələ bu günlərdə İranda yaşandı. Belə ki, cənub qonşumuzun İslami Şura Məclisində türk millət vəkillərinin fraksiyasının yaradılması təşəbbüsü ortaya çıxdı və həmin təşəbbüs reallaşdı. İstənilən halda bu müsbət qiymətləndirilməli olan hadisədir.

Gülən üçün ağlamalı günlər başlanır

11 Noyabr 2016 14:53

Hasan Oktay: “Donald Tramp Gülən hərəkatını Birləşmiş Ştatlarda qadağan edə bilər” “Həmçinin Gülənin Amerika torpaqlarından başqa bir ölkəyə göndərilməsi də mümkündür”

Yol-nəqliyyat hadisəsi zamanı zərər cəkmiş sərnişin hansı hallarda kompensasiya ala bilər? 

11 Noyabr 2016 14:50

Mətbuatda yayılan xəbərə görə, İcbari Sığorta Bürosu (ISB) tərəfindən 2014-cü ilin aprelin 9-da Bakı-Qazax-Gürcüstan magistral yolunun Qazax rayonu, Çaylı kəndi ərazisindən keçən 483-cü kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ailə üzvünün ölümü ilə əlaqədar 5 000 manat, digər üzvlərin ağır və yüngül dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar isə ümumilikdə 7250 manat məbləğində kompensasiya ödənilib. Kompensasiya ödənişi poçt vasitəsi ilə 11 noyabr 2016-cı il tarixində köçürülüb. Məlumat üçün qeyd edək ki, ölkə qanunvericiliyində yol-nəqliyyat hadisələri zamanı sərnişinlərin sağlamlığına dəyən zərərə və ya ölümünə görə kompensasiyanın ödənilməsi məsələsi nəzərdə tutulsa da bundan istifadə edən vətəndaşların sayı olduqca məhduddur.

Azərbaycan hər zaman Amerika üçün strateji əhəmiyyət daşıyıb

11 Noyabr 2016 14:47

Deputat: “Lakin Ermənistan-Azərbaycan münaqişəsinin həllində elə bir ciddi irəliləyiş gözlənilmir” ABŞ-da prezident seçkilərinin nəticələri və Donald Trampın prezident seçilməsi nəinki Amerika cəmiyyətində, eləcə də dünyada ciddi ajiotaja səbəb olub. Artıq bir sıra ölkələrdəki ABŞ səfirliyi qarşısında etiraz aksiyalarına start verilib. Lakin buna baxmayaraq əksər siyasi ekspertlər hesab edirlər ki, Donald Trampın prezident seçilməsi Amerikanın mövcud siyasətində elə də ciddi kataklizmlərə yol açmayacaq və hazırki siyasət davam edəcək, daha dəqiq ABŞ-ın daxili və xarici siyasətində elə də ciddi dəyişikliklər olmayacaq.

AFFA-dan 460 manatlıq cərimə

11 Noyabr 2016 14:40

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, yığıncaqda I divizionun X turunun görüşlərində baş verənlər müzakirə olunub. Klublar ümumilikdə 460 manat cərimə edilib.

Yığmamız İspaniya ilə eyni qrupda

11 Noyabr 2016 14:38

17 yaşadək qızlar arasında Avropa çempionatının 2017/18 mövsümünün püşkü atılıb. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə seçmə mərhələnin 44 iştirakçısı 11 qrupa bölünüb.