Gündəm

Soyğunçunun cibindən narkotik çıxdı

11 Noyabr 2016 15:58

Noyabrın 10-da Q.Qarayev prospektindəki ticarət mərkəzində, orada satıcı işləyən Bakı şəhər sakini Əli Əliyevin mobil telefonunu soyğunçuluq yolu ilə əlindən alınıb. DİN-dən verilən məlumata görə, Nizami RPİ 24-cü PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində telefonu almaqda şübhəli bilinən paytaxt sakini Hüseyn Hüseynov tutulub. Ondan 1,098 qram heroin götürülüb.

Rusiya vətəndaşının Gəncədəki evindən silah çıxdı

11 Noyabr 2016 15:57

Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının vətəndaşı Elbrus Həsənovun Gəncə şəhərindəki evinə baxış keçirilib. DİN-dən verilən məlumata görə, baxış zamanı oradan müvafiq sənədləri olmayan "İJ-16" və "TOZ-8" markalı tüfənglər 78 ədəd patron və 6 ədə boş giliz aşkar edilərək götürülüb.

“AtaTexnologiya”dan yeni proqram təminatı

11 Noyabr 2016 15:55

“AtaTexnologiya” şirkətinin yeni proqram təminatı - “HRM360”-nın təqdimatına həsr edilmiş konfrans keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, “AtaTexnologiya” şirkətinin mütəxəssisləri tərəfindən “Maykrosoft” proqramlaşdırılması qərarı əsasında yaradılmış bu proqram təminatı insan resursları sahəsində tətbiq edilmək üçün nəzərdə tutulmuş və HR mütəxəssislər tərəfindən istifadəyə hesablanıb.

Gürcüstanda nazirlik ləğv edildi

11 Noyabr 2016 15:52

Gürcüstan Diaspora İşləri üzrə Dövlət Nazirliyi ləğv edilib. Olaylar.az report-a istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Teya Tsulukiani hökumətin iclasından sonra bildirib.

Lənkəran teatrı İrana qastrol səfərinə gedəcək

11 Noyabr 2016 15:50

Lənkəran Dövlət Dram Teatrı İran İslam Respublikasına qastrol səfərinə gedəcək. Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, yaradıcı kollektiv dekabr ayının 1-dən 7-ə kimi qonşu ölkənin Rəşt şəhərində Bəhrəm Beyzayinin “İlan Sultan” tamaşası ilə çıxış edəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, iranlı rejissor Xeyrullah Təğiyənipurun quruluş verdiyi bu səhnə əsərində iki gəncin saf məhəbbətindən, keşməkeşli hadisələrdən sonra vüsala yetmələrindən bəhs olunur. Əsas rolları respublikanın əməkdar artisti Sucəddin Mirzəyev, aparıcı artistlərdən Əlibala Əsgərov, Aynur Əhmədova, Səyad Əliyev, Qızılgül Quliyeva, Miraslan Ağayev, Emin Fərzullayev, Tərlan Abdullayev, Nizami Qurbanov, Şəbnəm Hüseynova, Emil Rzayev və digərləri ifa edirlər.

Tağı Əhmədovun qardaşı oğlunu döyən şəxsdən xəbər var

11 Noyabr 2016 15:47

Bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovla birlikdə həbs edilən Orxan Osmanovun ibtidai istintaq zamanı verdiyi ifadə məlum olub.

Saakaşviliyə yeni yüksək vəzifə təklif olundu

11 Noyabr 2016 15:45

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bəyan edib ki, Ukrayna prezidenti Pyotr Poroşenko ona hökumətə və "Pyotr Poroşenkonun Bloku"na rəhbərlik təklif edib.

Türkiyə goranboylu qızı axtarır: toy günü qaçdı - FOTOLAR

11 Noyabr 2016 15:43

Femida.az-a Türkiyədən çox böyük marağa səbəb olacaq müraciət daxil olub. Müraciəti ünvanlayan şəxsin adı Səməd İlgündür. O, Samirə adlı azərbaycanlı bir qızla Türkiyədə toy etməyə hazırlaşarkən bu qızın birdən-birə yoxa çıxdığını bildirir. Səməd deyir ki, Samirə gedərkən 3000 dollar pul, qızıl-ziynət əşyaları və gəlinlik paltarını da özü ilə aparıb:

SOCAR-ın dəstəyi ilə “Əcnəbilər üçün Azərbaycan dili” dərsliyi nəşr edilib

11 Noyabr 2016 15:32

SOCAR-ın və “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” (ABTM) İctimai Birliyinin dəstəyi ilə nəşr edilmiş “Əcnəbilər üçün Azərbaycan dili” dərsliyinin təqdimatı keçirilib. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, kitab məşğələlərin vasitəçi dildən istifadə etmədən, öyrənilən dildə kommunikativ yanaşma üsulu ilə keçirilməsinə imkan yaradır. Təqdimat mərasimində dərsliyin müəllifləri, ABTM İctimai Birliyi və “Dərbənd” Xeyriyyə İctimai Birliyinin üzvləri iştirak ediblər.

“Özəl təhsildə dil və danışıq” seminarı keçirilib 

11 Noyabr 2016 15:33

Türkiyənin Sakarya şəhərində “Özəl təhsildə dil və danışıq” mövzusunda seminar keçirilib. Milli Təhsil Nazirliyinin dəstəyi ilə baş tutan iki günlük seminarda Azərbaycandan Nitq İnkişaf Mərkəzinin rəhbəri Esmira Kazımova da iştirak edib.

Dini radikalizmə qarşı mübarizənin yolları müzakirə edilib 

11 Noyabr 2016 15:30

Şirvan Şəhər İcra Hakimiyyəti, DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsi və DTX-nın şəhər şöbəsinin birgə təşkilatçılığı ilə dini durumun sabit saxlanılmasına dair tədbirlər planına uyğun olaraq ‘’Dini radikalizmin və ekstremizmin yayılmasına qarşı mübarizə’’ mövzusunda tədbir keçirilib.

Fətullah Gülən ekstradisiya oluna bilər

11 Noyabr 2016 15:28

Ötən axşam Defense İntelegence Agency – ( Müdafiyyə və Kəşfiyyat Agentliyi ) nin müdiri və ABŞ –ın yeni seçilmiş 45 – ci prezidenti Donald Tarmpın yaxın silahdaşı, istefada olan general Maykl Flinn ölkəsinin Yaxın Şərq siyasəti ilə əlaqədar çox maraqlı açıqlamalarla çıxış edib. Mütəxəssislərin təxminlərinə görə general Maykl Flinn yaxın zamanda ABŞ – ın müdafiyyə naziri postunu idarə edəcək. Flinnin açıqlamasından diqqət çəkən nüanslar bunlardı: “ Türkiyə ABŞ –ın Yaxın Şərqdəki ən yaxın və sədaqətli mütəffiqi olmalıdı. Yaxın Şərq münaqişəsinin həllində Türkiyə aparıcı rol oynayır. Türkiyə ABŞ üçün həyati əhəmiiyətə sahib olan bir dövlətdi. Bu ölkə bölgədə sabitliyin əsas qaynağıdı. Biz siyasətimizdə düzəliş etməliyik və Türkiyə bu mövzuda bizim əsas proritetimiz ola bilər. Biz Yaxın Şərq siyasətimizi Türkiyə perspektivindən aparmalıyıq” – deyə Flinn bildirib.

Vəzifəli şəxs qanunu pozursa…

11 Noyabr 2016 15:25

Birinci cəza onun vəzifədən çıxarılması olmalıdır Noyabrın 11-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda birbaşa qanun layihələrinin müzakirəsi aparılıb. Öncə Cinayət Məcəlləsində dəyişikliklə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. Sənəd barədə məlumat verən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, Azərbaycanda idman yarışlarını manipulyasiya edənlər üç ildən altı ilədək müddətə azadlıqdan mərhum ediləcək. Dəyişikliyə əsasən, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsinə görə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ildən altı ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəza nəzərdə tutulub.

Səməd Vurğunun anadan olmasının 110 illiyi İstanbulda və Ankarada da qeyd olunacaq

11 Noyabr 2016 15:21

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə İstanbulda və Ankarada yubiley tədbirləri keçiriləcək.

“İlin gənc tədqiqatçısı” seçilib

11 Noyabr 2016 15:20

Bakı Ali Neft Məktəbində tələbələr arasında keçirilən “İlin gənc tədqiqatçısı” müsabiqəsinə yekun vurulub. “OLAYLAR”-ın xəbərinə görə, qaydalara uyğun olaraq, hər bir kafedra tərəfindən 3 tələbənin (cəmi 9 tələbə) son bir il və ya bir il yarım ərzində yerinə yetirilmiş elmi işi müsabiqəyə təqdim edilib. Rektorun əmri ilə təşkil edilmiş münsiflər heyətinin 9 üzvü, o cümlədən 3 yuxarı kurs tələbəsi tərəfindən elmi işlər ayrı-ayrılıqda qiymətləndirilib. Yekun mərhələdə isə qiymətləndirmə rektorun əmri ilə təsdiq edilmiş 5 ekspertdən ibarət komissiya tərəfindən aparılıb.