“AtaTexnologiya”dan yeni proqram təminatı

“AtaTexnologiya” şirkətinin yeni proqram təminatı - “HRM360”-nın təqdimatına həsr edilmiş konfrans keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, “AtaTexnologiya” şirkətinin mütəxəssisləri tərəfindən “Maykrosoft” proqramlaşdırılması qərarı əsasında yaradılmış bu proqram təminatı insan resursları sahəsində tətbiq edilmək üçün nəzərdə tutulmuş və HR mütəxəssislər tərəfindən istifadəyə hesablanıb.

"AtaTexnologiya" şirkətinin yeni proqram təminatı - "HRM360"-nın təqdimatına həsr edilmiş konfrans keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, "AtaTexnologiya" şirkətinin mütəxəssisləri tərəfindən "Maykrosoft" proqramlaşdırılması qərarı əsasında yaradılmış bu proqram təminatı insan resursları sahəsində tətbiq edilmək üçün nəzərdə tutulmuş və HR mütəxəssislər tərəfindən istifadəyə hesablanıb. Konfransda HR sahəsində mütəxəssislər iştirak ediblər. "AtaTexnologiya" şirkətinin layihələr departamentinin direktoru Cahangir Qənizadə tədbir iştirakçılarını "HRM360"-ın texniki və unikal imkanları ilə tanış edib: "Proqramda əməkdaşların öz məlumatlarına çıxış imkanı vardır. Yəni işəgötürənlə işçinin qarşılıqlı münasibətlərinin tam şəffaflığı təmin edilir və HR menecerin iş vaxtına qənaət əldə edilir. Proqram təminatına müxtəlif dillərdən istifadə imkanı qoyulduğu üçün, onu dünyanın istənilən ölkəsinə ixrac etməyə, qabaqcadan isə onu milli qanunvericiliyə adaptasiya etməyə imkan verir. Konfransının gedişində "HRM360" -ın proqram təminatı ilə işi nümayiş etdirilmiş və ondan istifadə haqqında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31