Lənkəran teatrı İrana qastrol səfərinə gedəcək
Lənkəran Dövlət Dram Teatrı İran İslam Respublikasına qastrol səfərinə gedəcək. Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, yaradıcı kollektiv dekabr ayının 1-dən 7-ə kimi qonşu ölkənin Rəşt şəhərində Bəhrəm Beyzayinin “İlan Sultan” tamaşası ilə çıxış edəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, iranlı rejissor Xeyrullah Təğiyənipurun quruluş verdiyi bu səhnə əsərində iki gəncin saf məhəbbətindən, keşməkeşli hadisələrdən sonra vüsala yetmələrindən bəhs olunur. Əsas rolları respublikanın əməkdar artisti Sucəddin Mirzəyev, aparıcı artistlərdən Əlibala Əsgərov, Aynur Əhmədova, Səyad Əliyev, Qızılgül Quliyeva, Miraslan Ağayev, Emin Fərzullayev, Tərlan Abdullayev, Nizami Qurbanov, Şəbnəm Hüseynova, Emil Rzayev və digərləri ifa edirlər.
11 Noyabr 2016 15:50 MədəniyyətLənkəran Dövlət Dram Teatrı İran İslam Respublikasına qastrol səfərinə gedəcək. Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, yaradıcı kollektiv dekabr ayının 1-dən 7-ə kimi qonşu ölkənin Rəşt şəhərində Bəhrəm Beyzayinin "İlan Sultan" tamaşası ilə çıxış edəcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, iranlı rejissor Xeyrullah Təğiyənipurun quruluş verdiyi bu səhnə əsərində iki gəncin saf məhəbbətindən, keşməkeşli hadisələrdən sonra vüsala yetmələrindən bəhs olunur. Əsas rolları respublikanın əməkdar artisti Sucəddin Mirzəyev, aparıcı artistlərdən Əlibala Əsgərov, Aynur Əhmədova, Səyad Əliyev, Qızılgül Quliyeva, Miraslan Ağayev, Emin Fərzullayev, Tərlan Abdullayev, Nizami Qurbanov, Şəbnəm Hüseynova, Emil Rzayev və digərləri ifa edirlər.