SOCAR-ın dəstəyi ilə “Əcnəbilər üçün Azərbaycan dili” dərsliyi nəşr edilib

SOCAR-ın və “Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi” (ABTM) İctimai Birliyinin dəstəyi ilə nəşr edilmiş “Əcnəbilər üçün Azərbaycan dili” dərsliyinin təqdimatı keçirilib. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, kitab məşğələlərin vasitəçi dildən istifadə etmədən, öyrənilən dildə kommunikativ yanaşma üsulu ilə keçirilməsinə imkan yaradır. Təqdimat mərasimində dərsliyin müəllifləri, ABTM İctimai Birliyi və “Dərbənd” Xeyriyyə İctimai Birliyinin üzvləri iştirak ediblər.

SOCAR-ın və "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" (ABTM) İctimai Birliyinin dəstəyi ilə nəşr edilmiş "Əcnəbilər üçün Azərbaycan dili" dərsliyinin təqdimatı keçirilib. "OLAYLAR"-ın şirkətə istinadən verdiyi xəbərə görə, kitab məşğələlərin vasitəçi dildən istifadə etmədən, öyrənilən dildə kommunikativ yanaşma üsulu ilə keçirilməsinə imkan yaradır. Təqdimat mərasimində dərsliyin müəllifləri, ABTM İctimai Birliyi və "Dərbənd" Xeyriyyə İctimai Birliyinin üzvləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan SOCAR-ın Kadr, Rejim və İnformasiya Texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov qeyd edib ki, dünyanın müxtəlif şəhərlərində açılan Azərbaycan mədəniyyəti mərkəzlərində belə fundamental dərsliklərə böyük ehtiyac vardır. SOCAR bu ehtiyacı nəzərə alaraq, digər sosial-mədəni sahələrdə olduğu kimi ana dilimizin təbliği və yayılması işində də öz töhfəsini verib. Kitabın həmmüəllifi, BDU-nun Xarici tələbələrlə iş üzrə dekanı Gülheyran Rəhimova layihənin ərsəyə gəlməsi üçün göstərdiyi diqqət və dəstəyə görə SOCAR və ABTM İctimai Birliyinin rəhbərliyinə təşəkkürünü bildirib, Azərbaycanda ilk dəfə kommunikativ yanaşma üsülü ilə nəşr olunan dərsliyin təkcə dilmizin öyrənilməsi üçün deyil, Azərbaycan mədəniyyəti ilə ətraflı tanışlıq üçün də geniş imkan yaratdığını vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31