“İlin gənc tədqiqatçısı” seçilib

Bakı Ali Neft Məktəbində tələbələr arasında keçirilən “İlin gənc tədqiqatçısı” müsabiqəsinə yekun vurulub. “OLAYLAR”-ın xəbərinə görə, qaydalara uyğun olaraq, hər bir kafedra tərəfindən 3 tələbənin (cəmi 9 tələbə) son bir il və ya bir il yarım ərzində yerinə yetirilmiş elmi işi müsabiqəyə təqdim edilib. Rektorun əmri ilə təşkil edilmiş münsiflər heyətinin 9 üzvü, o cümlədən 3 yuxarı kurs tələbəsi tərəfindən elmi işlər ayrı-ayrılıqda qiymətləndirilib. Yekun mərhələdə isə qiymətləndirmə rektorun əmri ilə təsdiq edilmiş 5 ekspertdən ibarət komissiya tərəfindən aparılıb.

Bakı Ali Neft Məktəbində tələbələr arasında keçirilən "İlin gənc tədqiqatçısı" müsabiqəsinə yekun vurulub. "OLAYLAR"-ın xəbərinə görə, qaydalara uyğun olaraq, hər bir kafedra tərəfindən 3 tələbənin (cəmi 9 tələbə) son bir il və ya bir il yarım ərzində yerinə yetirilmiş elmi işi müsabiqəyə təqdim edilib. Rektorun əmri ilə təşkil edilmiş münsiflər heyətinin 9 üzvü, o cümlədən 3 yuxarı kurs tələbəsi tərəfindən elmi işlər ayrı-ayrılıqda qiymətləndirilib. Yekun mərhələdə isə qiymətləndirmə rektorun əmri ilə təsdiq edilmiş 5 ekspertdən ibarət komissiya tərəfindən aparılıb. Komissiya üzvləri tələbələrin məruzələrini dinləyib, suallar verib, hər komissiya üzvü fərdi şəkildə təqdimatları qiymətləndirib. Nəticədə "Kimya mühəndisliyi" ixtisasının 5-ci kurs tələbəsi Nicat Qasımov "Yaşıl nanotexnologiyalardan istifadə etməklə suyun təmizlənməsi" mövzusunda elmi-tədqiqat işinə (elmi rəhbər dosent Əmir Vəxşuri) görə "İlin gənc tədqiqatçısı" elan edilmişdir. Müsabiqənin qalibi xüsusi diplom və mükafata layiq görülmüş, onun məruzəsi BANM-də II Azərbaycan Elm Festivalı çərçivəsində keçirilən elmi-ədəbi-bədii tədbirin proqramına daxil edilib. "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasının 4-cü kurs tələbəsi Leyli Abbasova elmi-tədqiqat işinə görə müsabiqədə 2-ci , "Kimya-mühəndisliyi" ixtisasının 5-ci kurs tələbəsi Kamran Əliyev isə 3-cü yerə layiq görülüblər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31