Vəzifəli şəxs qanunu pozursa…

Birinci cəza onun vəzifədən çıxarılması olmalıdır Noyabrın 11-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda birbaşa qanun layihələrinin müzakirəsi aparılıb. Öncə Cinayət Məcəlləsində dəyişikliklə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. Sənəd barədə məlumat verən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, Azərbaycanda idman yarışlarını manipulyasiya edənlər üç ildən altı ilədək müddətə azadlıqdan mərhum ediləcək. Dəyişikliyə əsasən, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsinə görə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ildən altı ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəza nəzərdə tutulub.

Birinci cəza onun vəzifədən çıxarılması olmalıdır

Noyabrın 11-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda birbaşa qanun layihələrinin müzakirəsi aparılıb. Öncə Cinayət Məcəlləsində dəyişikliklə bağlı qanun layihəsi müzakirəyə çıxarılıb. Sənəd barədə məlumat verən hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib ki, Azərbaycanda idman yarışlarını manipulyasiya edənlər üç ildən altı ilədək müddətə azadlıqdan mərhum ediləcək. Dəyişikliyə əsasən, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsinə görə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ildən altı ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəza nəzərdə tutulub.

Yeni yaşayış məntəqələri yaşıllıqla təmin olunacaq

Bundan başqa, idman yarışlarının manipulyasiyası məqsədi ilə idmançı, idman hakimi, məşqçi, sponsor və ya digər şəxs tərəfindən hər hansı hərəkətə (hərəkətsizliyə) görə onların özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklifin və ya vədin qəbul edilməsinə görə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan mərhum etmə cəzası tətbiq olunacaq.
Bu əməllər təkrar törədildikdə, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə altı ildən səkkiz ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılacaq. İdman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə, yaxud onların yaxın qohumlarına zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, yaxud onlar özü və ya yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma və ya onların özünün və ya yaxın qohumlarının əmlakını tələf etmə hədəsi ilə onların hər hansı hərəkətləri etməsini və ya etməməsini tələb etməyə görə üç ilədək müddətə azadlıqdan mərhum etmə cəzası tətbiq olunacaq. Layihəyə əsasən, bu əməllər həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. "Yol hərəkəti haqqında" qanununa dəyişiklik layihəsi barədə məlumat verən Əli Hüseynli bildirib ki, Azərbaycanda mexaniki transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə mexaniki və avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ veriləcək.
Dəyişiklik layihəsinə əsasən, "B" kateqoriyasına aid nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsini almaq istəyən şəxsin seçiminə əsasən nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahan mexaniki və ya avtomatik transmissiyalı nəqliyyat vasitəsində verilə bilər. Mexaniki transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə mexaniki və avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ verilir. Avtomatik transmissiyalı nəqliyyat vasitəsində idarəetmə vərdişləri üzrə təcrübi imtahanı müvəffəqiyyətlə vermiş şəxsə isə yalnız avtomatik transmissiyalı nəqliyyat vasitələrini idarə etmək hüququ veriləcək. Azərbaycan vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini dəyişdirməlidir.Azərbaycanda müvəqqəti olan əcnəbi və vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlılıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində dəyişdirməlidir. İclasda deputatlar ağacların, yaşıllıqların məhvinə görə cəzaların ağırlaşdırılmasını tələb ediblər. Deputat Fərəc Quliyev bildirib ki, yaşıllıqların məhvi ilə əlaqədar daha sərt addımlar atılmalıdır. O qeyd edib ki, Yasamal rayonunda bir gecədə 40 ağacı kəsiblər: "Biz qanunları dəyişirik, amma şəhərin mərkəzində yaşıllığı qırıb, yerində bina tikirlər. Şəhər, məhəllə salınırsa, kənarda salınsın. Bu əməlləri törədən adamlar cəzalandırılmalıdır və bizim qanunlar kağız üzərində qalmamalıdır".Oqtay Əsədov isə deyib ki, yaranmış vəziyyətə görə cərimələr daha da sərtləşdirilir: "O ki qaldı buradakı çıxışlara, səslənən fikirlər stenoqramda əksini tapır və bütün ünvanlara çatır". Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, zamanında yaşıllıqların qırılması ilə bağlı faktlar az idi, ancaq indi məsələni aktual edən qanunsuzluqların artmasıdır: "Qanunsuz hallar baş verirsə, ona qarşı sərt tədbirlər görülməlidir". Deputat Qüdrət Həsənquliyev isə Bakı şəhərində ağac yetişdirməyin nə qədər çətin olduğuna diqqət çəkib: "Biz bilirik ki, Bakı şəhərində oksigen çatışmazlığı var, bu da yaşıllıqların az olması ilə əlaqədardır. Biz övladlarımızın sağlamlığı naminə yaşıllıqları qorumalı və artırmalıyıq". Deputat sanksiyaları sərtləşdirməyi təklif edib. O, vəzifəli şəxslərin min manat cərimə olunması ilə bağlı dəyişiklik təklifinə toxunaraq bunun az olduğunu söyləyib: "O şəxs ağacı kəsdikdən sonra həmin məbləği ödəyəcək. İlk növbədə vəzifəsini yerinə yetirə bilməyən məmur işdən azad olunmalıdır. Qanundan alternativ sanksiya çıxarılmalıdır. Çünki alternativ sanksiya nəzərdə tutulanda məhkəmə daha yüngül cəza verir. Vəzifəli şəxs qanunu pozursa, birinci cəza onun vəzifədən çıxarılması olmalıdır".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31