Milli Məclisdə kredit borcuna görə şəxsiyyət vəsiqəsi ala bilməyənlərin problemi qaldırıldı
Deputat Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında ona vətəndaşlar tərəfindən edilən mühüm müraciəti səsləndirib. “Olaylar” xəbər verir ki, deputat deyib ki, Azərbaycanda bir sıra xidmətlərin “ASAN Xidmət”ə verilməsi çox yaxşıdır: “Ancaq indi şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlər üçün ciddi problemlər yaranıb. Yəni ya kredit borcu, ya da vergi borcuna görə deyirlər ki, şəxsiyyət vəsiqəsinin vaxtı uzadıla bilməz. Bank sistemində kiminsə səhvini axı “ASAN Xidmət” ödəməli deyil?! Vətəndaş neyləsin ki, devalvasiya baş verib, nəticədə o yoxsullaşıb, kreditini ödəyə bilmir. Şəxsiyyət vəsiqəsi cinayətkara da verilir. Bunu qarışdırmağın mənası yoxdur”.
11 Noyabr 2016 15:14 SosialDeputat Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında ona vətəndaşlar tərəfindən edilən mühüm müraciəti səsləndirib. "Olaylar" xəbər verir ki, deputat deyib ki, Azərbaycanda bir sıra xidmətlərin "ASAN Xidmət"ə verilməsi çox yaxşıdır: "Ancaq indi şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlər üçün ciddi problemlər yaranıb. Yəni ya kredit borcu, ya da vergi borcuna görə deyirlər ki, şəxsiyyət vəsiqəsinin vaxtı uzadıla bilməz. Bank sistemində kiminsə səhvini axı "ASAN Xidmət" ödəməli deyil?! Vətəndaş neyləsin ki, devalvasiya baş verib, nəticədə o yoxsullaşıb, kreditini ödəyə bilmir. Şəxsiyyət vəsiqəsi cinayətkara da verilir. Bunu qarışdırmağın mənası yoxdur".