Yığmamız İspaniya ilə eyni qrupda

17 yaşadək qızlar arasında Avropa çempionatının 2017/18 mövsümünün püşkü atılıb. Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə seçmə mərhələnin 44 iştirakçısı 11 qrupa bölünüb.

17 yaşadək qızlar arasında Avropa çempionatının 2017/18 mövsümünün püşkü atılıb.

Olaylar.az apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə seçmə mərhələnin 44 iştirakçısı 11 qrupa bölünüb.

Püşkatmaya C səbətində qatılan Azərbaycan millisinin də rəqibləri bəlli olub. Yığmamız 3-cü qrupda İspaniya, İslandiya və Monteneqro ilə mübarizə aparacaq.
 
Qeyd edək ki, seçmə mərhələnin oyunları 2017-ci il avqustun 1-dən oktyabrın 29-dək keçiriləcək. Hər qrupda ilk iki yeri tutanlar və ən yaxşı üçüncü elit-raunda yüksələcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31