Bəzi mehmanxanalara dərəcə sertifikatları verilib

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb. Nazirliyin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, nazirliyin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur. Cari ilin noyabr ayı ərzində Bakı şəhərində və regionda yerləşən “Staybridge Suites Baku”, “Neapol”, “Baku İnn Hotel”, “Xan Lənkəran” və “Manor” mehmanxanalarına AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib. Hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxa və mehmanxana tipli obyektlərin sayı 121-ə çatıb.

Mehmanxana və mehmanxana tipli obyektlərdə göstərilən xidmətlərin müvafiq tələblərə və standartlara uyğunluğunu yoxlamaq və müəyyən etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bəzi mehmanxanaların təsnifatı aparılıb. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, nazirliyin sifarişi ilə hazırlanmış xüsusi proqram vasitəsilə ekspert qrupu tərəfindən mehmanxanalara baxış keçirilir və ulduz dərəcələri müəyyən olunur. Cari ilin noyabr ayı ərzində Bakı şəhərində və regionda yerləşən "Staybridge Suites Baku", "Neapol", "Baku İnn Hotel", "Xan Lənkəran" və "Manor" mehmanxanalarına AZS 745-2015 Dövlət Standartına uyğun olaraq ulduz dərəcə sertifikatları verilib. Hazırda respublika ərazisində təsnifatdan keçmiş mehmanxa və mehmanxana tipli obyektlərin sayı 121-ə çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31