Gündəm

İraq hərbçiləri Mosulda 961 məhbusun saxlandığı yeraltı həbsxana aşkar ediblər

11 Noyabr 2016 17:22

İraq təhlükəsizlik qüvvələri Mosul şəhərində İŞİD terrorçuları tərəfindən tutulmuş rayonlardan birində yeraltı həbsxana aşkar ediblər.

İlham Əliyevin geniş qəlbi: Əli Kərimli nəyə görə hələ də azadlıqdadır?

11 Noyabr 2016 17:20

Bizim gözlərimiz önündə dünya üçüncü dəfədir dəyişir. İsa peyğmbərin zühurundan başlayaraq ümumdünya tarixinin səhifələrini çevirərkən dünya düzəninin bu cür tez-tez çökməsinin və geosiyasi dəyişikliklərə bənzər paralelləri tapmaq çox çətindir. İkiqütblü dünyanın - yalançı kapitalizm və yalançı sosializm üzərində qurulmuş, bir-birini balanslaşdıran iki formasiyanın dağılması, onun yerini mütləq liberalizmin tutması, xalqın hakimiyyətinə - demokratiyaya  kor-koranə inam və bir fövqəldövlətin hegemonluğu... Buyurun, Donald Trampın seçilməsi de-fakto formalaşmış yeni dünya düzəninin - geosiyasi çoxqütblülüyün zirvəsi, yaxud məntiqi sonluğudur.

Ukrayna MDB-dən çıxır

11 Noyabr 2016 17:16

Ukrayna Ali Radasının deputatları ölkənin MDB-də üzvlüyünə son vermək üçün Ali Radaya müraciət ediblər.

SOCAR Gürcüstanda ən yüksək reytinqi olan şirkətlərdəndir

11 Noyabr 2016 17:15

Tbilisidə “GeorgianTimes” media holdinqi və “GORBİ” ictimai rəy və marketinq şirkəti 17-ci biznes reytinq mükafatlarının təqdim olunması mərasimini keçirib.

Təhsil Nazirliyi növbəti layihə sənədini ictimai müzakirəyə çıxarır

11 Noyabr 2016 17:12

Təhsil Nazirliyi “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin layihəsini ictimai müzakirəyə təqdim edir. “OLAYLAR”-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, sənəd “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının müvafiq bəndlərinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb. İctimai müzakirədə iştirak etmək istəyənlər Təhsil Nazirliyinin internet saytının “Sənədlər” bölməsində

Sərhəddə sıxlıq müşahidə olunub

11 Noyabr 2016 17:10

Son 2 gündə Azərbaycan-Rusiya sərhəddində  yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük- keçid məntəqəsində avtonəqliyyat vasitələrinin nisbi sıxlığı müşahidə olunur. Gömrük komitəsindən “Olaylar” – a verilən məlumata görə hazırda Azərbaycan tərəfdə nəqliyyat vasitələrinin keçidində hər hansı problem yoxdu, gömrük-keçid məntəqəsi gündəlik iş rejimində fəaliyyət göstərir.  Sıxlığın yaranmasına səbəb isə Rusiya Federasiyası istiqamətində yerləşən gömrük-keçid məntəqəsinin nəqliyyat vasitələrinin buraxılışını təmin etmək potensialının aşağı olmasıdı.

Beynəlxalq yarışda ilk qızıl medallar qazanılıb

11 Noyabr 2016 17:09

Son illər səmti müəyyənetmə idman federasiyası tərəfindən təşkil edilmiş çoxsaylı yarışlar nəticəsində ölkəmizi adı çəkilən idman növü üzrə beynəlxalq arenada təmisl etmək istəyən idmançıların yetişməsi üçün federasiya aktiv şəkildə fəaliyyət göstərir.

Sarkisyan Trampın prezident olmasını istəmirdi

11 Noyabr 2016 16:50

Donald Trampın ABŞ prezidenti seçilməsi Ermənistan rəhbərliyin və erməni lobbisini məyus edib. Seçki marafonunda Klintonu dəstəkləyən erməni lobbisi Trampın qələbəsi ilə çıxılmaz vəziyyətə düşüb. Trampın prezident olması ermənilərə ağır zərbə kimi qiymətləndirilir.

İlham Əliyev sərəncam verdi

11 Noyabr 2016 16:48

Ramiz Mehdiyevin rəhbərliyi ilə işçi qrupu yaradıldı Prezident İlham Əliyev Bakı şəhərində yağış kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılması haqqında sərəncam imzalayıb.

Maşından pul oğurlayan saxlanıb

11 Noyabr 2016 16:46

Noyabrın 9-da Bakı şəhər sakini İlqar Əliyevə məxsus "Kia" markalı avtomobildən 100 ABŞ dolları oğurlanıb. DİN-dən verilən məlumata görə, Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini Sevinc Avdullayeva saxlanılıb.

Fındıq oğrusu tutulub

11 Noyabr 2016 16:45

 Noyabrın 9-da Zaqatala rayon sakini Feyzulla Həsənova məxsus evin həyətindən 35 kiloqram fındıq oğurlanıb. DİN-dən verilən məlumata görə, Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən həmyerlisi Elçin Hacıyev tutulub. Araşdırma aparılır. 

Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib

11 Noyabr 2016 16:43

Noyabrın 10-da saat 13 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakinləri Samirə Şəkərəliyeva, Ramil Xəlilov və Hökməli qəsəbə sakini Əliağa Əliyev vurulmuşlar. Onlar xəstəxanaya yerləşdirilmiş, Ə.Əliyev orada ölüb. DİN-dən verilən məlumata görə,  Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Dacia" markalı avtomobilin sürücüsü Müşviqabad qəsəbə sakini Ağaşah Məmmədəliyev saxlanılıb.

Keçmiş məhkum həmyerlisini bıçaqladı

11 Noyabr 2016 16:42

 Noyabrın 9-da Sumqayıt şəhər sakini Xaliq Əbilova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurulub. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vurmaqda şübhəli bilinən həmyerlisi Nurlan Əbulov tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun əvvəllər məhkum olunduğu müəyyən edilib. 

İsmayıllı sahibkarları ilə görüş keçirilib

11 Noyabr 2016 16:41

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu vaxtaşırı olaraq rayonumuzda sahibkarlar, fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüşlər keçirir, onlara kredit alınması ilə əlaqədar lazımi istiqamət verir.

Mikayıl Cabbarov Belçika səfirini qəbul edib

11 Noyabr 2016 16:37

Təhsil naziri Mikayıl Cabbarov Belçika Krallığının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bert Skufsu qəbul edib. “OLAYLAR”-ın nazirliyin mətbuat xidmıətinə istinadən verdiyi xəbərə görə. görüş zamanı iki ölkə arasında təhsil əlaqələrinin mövcud vəziyyəti və bu əlaqələrin möhkəmləndirilməsi üçün gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.