Beynəlxalq yarışda ilk qızıl medallar qazanılıb

Son illər səmti müəyyənetmə idman federasiyası tərəfindən təşkil edilmiş çoxsaylı yarışlar nəticəsində ölkəmizi adı çəkilən idman növü üzrə beynəlxalq arenada təmisl etmək istəyən idmançıların yetişməsi üçün federasiya aktiv şəkildə fəaliyyət göstərir.

Federasiyadan "Olaylar" - a bildirilib ki, məhz federasiyanın  bu fəaliyyəti nəticəsində noyabr ayının 1 və 6-sı tarixlərində Türkiyədə təşkil edilmiş beynəlxalq "Istanbul 5 Days" turnirinə qatılmış idmançılarımız uğurla çıxış ediblər.

Belə ki, uzun, orta, klassik və sprint məsafələri üzrə 5 günün ümumi nəticəsinə görə "W35" kateqoriyasında çıxış edən Rəna Abaszadə (XDMX) və "W Open" kateqoriyasında çıxış edən Günay Həmdullayeva qızıl medal qazanıblar.

"W21A" kateqoriyasında çıxış edən Dağçılıq İdman Klubunun yetirməsi Nataliya Şiyanova ölkəmizə gümüş, "M40" kateqoriyasında çıxış edən Xəyyam Məmmədov (XDMX) bürünc medal qazandırıb.

Milli komandanın digər üzvü Süleyman Əliyevisə 4-cü yer ilə kifayətlənib.

Qeyd edək ki, qazanılmış 2 qızıl medal səmti müəyyənetmə üzrə beynəlxalq yarışlarda ölkəmizin qazandığı ilk qızıl medallar kimi tarixə düşüb. Bundan öncə 2014-2015-ci illərdə ölkəmizə beynəlxalq yarışda gümüş və bürünc medalları "Antalya O Days" turnirinə qatılmış Xəyyam Məmmədov qazanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31