Gündəm
İmkansız ailələrin uşaqları pulsuz göz müayinəsindən keçirilir
Suraxanıda “9 Noyabr-Dövlət Bayrağı günü” və “12 Noyabr – Konstitusiya günü ” münasibəti ilə silsilə tədbirər davam edir. Növbəti belə tədbir Rayon İcra Hakimiyyətinin “Xəzər Qayğıkeşlik Layihəsi” Humanitar İctimai Birliyi ilə birgə təşkil etdiyi "İşığlı Həyat" adlı aksiyadır.
Binəqədinin qalib məktəbliləri Naxçıvana göndəriləcək
Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşkilatçılığı ilə Gənclər evində Yeni Azərbaycan Partiyasının yaradılmasının iyirmi dördüncü ildönümü münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ulu Öndərə məktub” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Şəkinin daha bir kəndinə ilk dəfə təbii qaz verilib
Şəki rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. “OLAYLAR”-ın Şəki İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, rayonun Cumakənd kəndinə ilk dəfə təbii qaz verilib.
Azərbaycanda “Əmək” ordeni təsis olunur
Azərbaycanda yeni “Əmək” ordeni təsis olunur. Bu barədə Milli Məclisdən məlumat verilib.Məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik təklif olunur.
Vergilər naziri vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlir.
AKP müxalifətlə anlaşdı: Konstitusiya dəyişir
Türkiyənin konstitusiyası dəyişəcək. Olaylar.az azvision.az-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, yeni konstitusiya layihəsinin hazırlanmasında müxalifət partiyası olan Milliyyətçi Hərəkat Partiyası da iştirak edəcək.
DİN və Dini Komitə Lənkəranda birgə əməliyyat keçirib
Azərbaycan Daxili İşlər Nazirliyi vəDini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran şəhərində dini ədəbiyyatların satışı ilə məşğul olan 3 mağazada müvafiq reydlər keçirib.
Ermənistan əhalisinin sayı ən aşağı həddə düşüb
Ermənistanda daimi yaşayan əhalinin sayı 2,998,600 nəfərə düşüb. Modern.azErmənistan KİV-nə istinadən xəbər verir ki, statistika xidmətinin açıqladığı bu rəqəm Ermənistan tarixində ən aşağı göstəricidir. 2015-ci illə müqayisədə ölkə əhalisinin 12 min nəfər azaldığı müəyyən olunub.
"Trampın xarici siyasətində Azərbaycanın xüsusi yeri olacaq" MÖVQE
Adil Əliyev: "Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ABŞ-ın yeni strategiyasının ortaya qoyulacağına ümid edirik" “Donald Trampın prezidentliyi dövründə ABŞ və Azərbaycan arasında yeni və daha səmərəli layihələrin həyata keçiriləcəyinin, tam yeni formatda əməkdaşlığın qurulacağının şahidi olacağımıza ümid edirik. Çünki Azərbaycan daim bütün siyasi spektorlarda, xüsusilə beynəlxalq terrorizmlə mübarizədə ABŞ-ın yanında olub və NATO-nun sülhpərvər missiyalarında öz öncüllüyünü qoruyub-saxlayıb. Bu baxımdan da hesab edirəm ki, Trampın xarici siyasətində Azərbaycanın xüsusi yeri olacaq”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Adil Əliyev ABŞ-ın 45-ci prezidenti seçilmiş Donald Trampın quracağı xarici siyasətin, o cümlədən Azərbaycanla münasibətlərin hansı istiqamətdə olacağı sualını cavablandırarkən söyləyib.
Azərbaycanda ümumi təhsilin dövlət standartları layihəsi hazırlanıb
Təhsil Nazirliyi Azərbaycanda ümumi təhsilin dövlət standartları layihəsini hazırlayıb. NazirlikdənAPA-ya verilən xəbərə görə, ümumi təhsilin dövlət standartları (bundan sonra – dövlət standartları) “Təhsil haqqında” Qanununa, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən hazırlanıb.
ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Türkiyə və Rusiya ilə birgə işləyəcək
ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Türkiyə və Rusiya ilə çalışmaqda davam edəcək.
Fransa prezidentinin Trampla müzakirə edəcəyi məsələlər- AÇIQLANDI
Fransa prezidenti Fransua Olland ABŞ-ın yeni seçilən prezidenti Donald Trampla Ukrayna, Suriya, İraqdakı vəziyyəti, terrorçuluğa qarşı mübarizəni və başqa məsələləri müzakirə edəcək.
ABŞ siyasətini proqnozlaşdırılan və adekvat formaya dəyişməlidir
"ABŞ qüvvələrini yenidən qruplaşdırmalı, siyasətini proqnozlaşdırılan və adekvat formaya dəyişməlidir."
Vitse-prezidentliyin yaradılması Azərbaycanın dövlət idarəetməsində yeni və olduqca vacib hadisəddir
“Konstitusiyaya dəyişikliklər müxtəlif sahələri əhatə etməklə ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin olunmasına, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib”.
Əfqanıstan ordusu "Taliban" hərəkatının iki aparıcı komandirini öldürüb
"Taliban" radikal hərəkatının iki aparıcı komandiri Əfqanıstanın qərbində həyata keçirilən hərbi əməliyyat zamanı öldürülüb.














