Şəkinin daha bir kəndinə ilk dəfə təbii qaz verilib
Şəki rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. “OLAYLAR”-ın Şəki İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, rayonun Cumakənd kəndinə ilk dəfə təbii qaz verilib.
11 Noyabr 2016 17:58 SosialŞəki rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində tədbirlər davam etdirilir. "OLAYLAR"-ın Şəki İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, rayonun Cumakənd kəndinə ilk dəfə təbii qaz verilib. 500 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 7 min metr müxtəlif diametrli polietilen və 26 min 890 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Bu münasibətlə keçirilən tədbirdə ölkə əhalisinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində reallaşdırılan genişmiqyaslı tədbirlərdən bəhs edilib. Diqqətə çatdırılıb ki, hazırda rayonun 40-a yaxın yaşayış məntəqəsinin əhalisi təbii qazdan istifadə edir. Daha 5 kəndin qazlaşdırılması istiqamətində işlər aparılır. Bu işlər başa çatdıqdan sonra Şəki rayonu üzrə qazlaşma 85 faiz təşkil edəcək.