ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Türkiyə və Rusiya ilə birgə işləyəcək
ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Türkiyə və Rusiya ilə çalışmaqda davam edəcək.
11 Noyabr 2016 17:32 DünyaABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Türkiyə və Rusiya ilə çalışmaqda davam edəcək.
Olaylar.az bildirir ki, bu sözləri Trend-ə siyasi analitik, Vaşinqtondakı "Gulf State Analytics"-in baş müşaviri Teodor Karasik deyib.
"ABŞ-da digər partiyanın hakimiyyətə gəlməsi çox güman ki, ölkənin siyasi xəttinə böyük dəyişikliklər gətirməyəcək. D.Tramp Cənubi Qafqazla münasibətdə Obamanın son iki ildə yürütdüyü siyasəti davam etdirəcək". T.Karasik son illərdə ABŞ-ın faktiki olaraq regionda liderliyi Moskva və Ankaraya verdiyini bildirib.
Siyasi ekspert Tramp administrasiyasının regionda enerji sahəsində səmərəli razılaşmaların əldə olunmasına çalışacağını deyib.