İlham Əliyevin geniş qəlbi: Əli Kərimli nəyə görə hələ də azadlıqdadır?

Bizim gözlərimiz önündə dünya üçüncü dəfədir dəyişir. İsa peyğmbərin zühurundan başlayaraq ümumdünya tarixinin səhifələrini çevirərkən dünya düzəninin bu cür tez-tez çökməsinin və geosiyasi dəyişikliklərə bənzər paralelləri tapmaq çox çətindir. İkiqütblü dünyanın - yalançı kapitalizm və yalançı sosializm üzərində qurulmuş, bir-birini balanslaşdıran iki formasiyanın dağılması, onun yerini mütləq liberalizmin tutması, xalqın hakimiyyətinə - demokratiyaya  kor-koranə inam və bir fövqəldövlətin hegemonluğu... Buyurun, Donald Trampın seçilməsi de-fakto formalaşmış yeni dünya düzəninin - geosiyasi çoxqütblülüyün zirvəsi, yaxud məntiqi sonluğudur.

Bizim gözlərimiz önündə dünya üçüncü dəfədir dəyişir. İsa peyğmbərin zühurundan başlayaraq ümumdünya tarixinin səhifələrini çevirərkən dünya düzəninin bu cür tez-tez çökməsinin və geosiyasi dəyişikliklərə bənzər paralelləri tapmaq çox çətindir. İkiqütblü dünyanın - yalançı kapitalizm və yalançı sosializm üzərində qurulmuş, bir-birini balanslaşdıran iki formasiyanın dağılması, onun yerini mütləq liberalizmin tutması, xalqın hakimiyyətinə - demokratiyaya  kor-koranə inam və bir fövqəldövlətin hegemonluğu... Buyurun, Donald Trampın seçilməsi de-fakto formalaşmış yeni dünya düzəninin - geosiyasi çoxqütblülüyün zirvəsi, yaxud məntiqi sonluğudur.

Əgər kimsə hesab edirsə ki, birinci Soyuq müharibənin başa çatmasından sonra formalaşmış dünya düzəninə qüdrətli və birinci növ Sovet imperiyasının çöküşünü geosiyasi fəlakət adlandıran cənab Putin əlcək atdı, o zaman bugünkü siyasi Olimpin zirvəsindən baxanda bunun tarixi həqiqətin saxtalaşdırılması cəhdi olduğu dərhal görünər. Putinin tankları Çeçenistana, sonra Gürcüstana, ondan sonra 11 sentyabr 2001-ci ildə Nyu-Yorkda başladılmış yeni sivilizasiyalar toqquşmasından illər keçmiş Ukraynaya girdi.

Liberal dünya əfsanəvi Nyu-York qüllələri ilə birlikdə çökdü. Sonradan Nyu-Yorkdakı Ticarət qüllələri kimi demokratiyanı da dəyişdirdilər. Bu artıq həqiqi olmayan, qondarma, əldəqayırma demokratiya idi. Parıltılı, bər-bəzəkli liberalizmin arxasından "Abrams" tanklarının Yaxın Şərqin əhalisini və hətta bir çox Avropa ölkələrini dəhşətə salan toplarının lülələri göründü. Avropanı qlobalçı atlantizm ümumi layihəsi altına qovub topladılar, şərq paytaxtlarına isə təcili olaraq liberal marafet yeritməyə başladılar. Kobudcasına, sərt, bəzən qəddar, demək olar ki, stalinsayağı hərəkət etdilər, orta statistik və orta əsrlərə xas puştunu və ya talibi avrasiyalıya çevirmək istədilər.

Stalin də 30-cu illərdə bax elə bu cür basmaç obrazından staxanovçu-bolşevik yaratmaq istəyirdi. Zorakı transformasiya, kontinentalizmin zorla sırınması (ağ və ya qırmızı, mahiyyət bunda deyil) bütöv məkanı qan dənizinə çevirir. Axı sovet marksizminin özü də arxasında Avropaya və müstəmləkə şərqinə tuşlanan topların gizləndiyi ideoloji fasad idi. Sovet marksizmi və stalinçi bizansçılığın yeni qəsbkar ideologiyası "beynəlmiləl borc" adlı müqəddəs əbaya bürünmüşdü, budur, dünya ağalığı üzərində qurulmuş imperiya ideologiyasından törəmiş Amerika liberalizmi də insan azadlığı paradiqması altında gizlənib. 

Sivlizasiyaların toqquşmasını da Amerika yaradıb

Siyasi sivilizasiyaların və dövlətlərin çöküşünə nə səbəb olur? İnqilablar və geosiyasi fəlakətlər? Bəlkə iqtisadi kollaps və maliyyə institutlarının çöküşü? Həyat bunların əksini sübut edir - insan sivilizasiyalarının çöküşünə dəyərlərin devalvasiyası, alçaqcasına həyasızlıq və əxlaqlı cəmiyyətin ideoloji böhranı gətirib çıxarır. Sistem böhranı məhz əxlaq böhranından başlayır, bu da iqtisadi böhrana və bütün maliyyə institutlarının çökməsinə aparıb çıxarır. Bundan sonra isə siyasi kollaps gəlir.

Qərbdəki indiki siyasi böhranın kökləri, beynəlxalq liberal institutların dərindən aşındığı bir vaxtda Avropada ultramillətçi qüvvələrin bir-birinin ardınca qalib gəlməsinin bir ucu məhz əsrin əvvəllərində başladılmış yeni süni sivilizasiyalar toqquşması cəhdinə gedib çıxır. Axı müharibə, özü də bu dəfə Soyuq olmayan müharibə, əsl müharibə qərb imperializminin "körpələrinə" qarşı başladılmışdı. Talibləri kim yetişdirdi? Bin Ladeni kim yaratdı? Mağara vəhhabiliyi öz mənbəyini haradan götürür? Və Nasir sosializmi ideyasına qarşı Yaxın Şərq diktatorlarını kim ortaya çıxardı? Kimsə Vaşinqtonun iflasa uğramış Şərq siyasətini tarixin səhvi, dünya görüşlərinin təkamülü, təftişçilik və ya "real politic"in yenidən başladılması ilə izah etməyə cəhd edə bilər? Bəs geosiyasi inqilab adı altında yüzillik sərhədlərin dəyişdirilməsinə yönəlmiş siyasətin nəticəsi olaraq dövlətlərin məhv edilməsinə, xalqların acınacaqlı taleyinə görə məsuliyyəti kim üzərinə götürəcək?

Amerika hər zaman siyasi təhlükənin görünməz xəttini duyurdu. Vaşinqtonda iki dağıdıcı müharibədən sonra "izolyasiyaçı"ların qalib gəlməsini xatırlayaq. Məhz onlar üçüncü dünya ölkələrinin müstəmləkəyə çevrilməsi nöqteyi-nəzərindən ABŞ üçün çox şey vəd edən Versal sülhünün ratifikasiyasının əleyhinə çıxmışdılar. Qloballaşma tərəfdarı Vudro Nilsonu isə üç simasız prezident - Qardinq, Kulic və Quver əvəzlədilər. İkinci dünya müharibəsindən sonra olduğu kimi! Indiyə kimi də Ruzveltin ailəsi ulu babalarının zorən öldürülməsində israr edir. Və nəyə görəsə, Obama, sələfləri kimi, dahi prezidentin qətli ilə bağlı sübutları və sənədləri gizli olaraq saxlayıb.

Amerika yenidən qırmızı xətti keçib. Yenidən nəhəng dövlətin özbaşına dağılması təhlükəsini dərk edən izolyasiyaçılar səslərini yüksəldiblər.

ABŞ sivilizasiyaların toqquşması barədə Hantinqton nəzəriyyəsini amorf cızılmış sərhədlərdə həyata qaytarır? Buyurun alın, bir tərəfdən nəhəng Çin hücum edir, digər tərəfdən - diz üstündən qalxmış Rusiya, üçüncü tərəfdən - xilafət deyə sayıqlayan nəhəng sivilizasiya qalıqları, dördüncü tərəfdən - reinkarnasiya olunmuş döyüşkən İran, nüvə silahına malik Hindistan, sionist İsrail...

Tramp siyasi şüursuzluğun epiloqu kimi

Dünya yeni, indiyə kimi görünməmiş, dağıdıcı müharibənin gözləntisindədir. O artıq astanadadır və hər bir ölkənin qapısını döyür. Sivilizasiyaların münaqişəsi və geosiyasi inqilab bu cür ümumdünya yanğını yaratdı. Tramp - nə taledir, nə təsadüf, nə də sosial sifariş. Bu, möhkəm olmayan və qısamüddətli dünya hakimiyyəti ideyası uğrunda kor-koranə və ağılsız müharibəyə girişmiş elita və millətin siyasi seçimidir. Bəs nəyə görə qısamüddətli və dayanıqsız? Tarix Qədim Romaya dünya hegemonluğuna çatmağa imkan verməyib. Bizans da elə bu arzu ilə məhv oldu. Özü də yüzilliklər sonra Avropanın "xəstə adam"ına çevrilmiş Osmanlı İmperiyasının əli ilə. Sovet tanklarının tırtılları altında sınmış Avropanın özü də, və önünə Amerika liberalizmi çıxmış bu tanklar da...

Bəs liberalizmə nə oldu? Günlərin bir günü o, hərbi maşına çevrildi, kovboy Teodor Ruzvelt dövrünün inhisarçı kapitalizminə döndü. Bir zamanlar Avropa sosialistlərini kayzer imperializminə qarşı mübarizəyə nə qaldırmışdı? Kiçik xalqların hüquqları və dövlətlərin daxili işlərinə qarışmamaq uğrunda mübarizə - axı məhz bu Versal konfransının toxunulmaz və müqəddəs prinsipi kimi yeni dünya düzəninin əsasını təşkil etdi. Bəs nəyə görə dünya düzəni yenidən bu qədər kövrək və zəif oldu? Çünki illər sonra nəhəng dövlətlər kiçik xalqların hüquqlarını mənimsəməyə qalxdılar və bunu kommunizm və nasional-sosializm rəngli bayraqlar altında etdilər.

İmperialist müharibə, başqa sözlə, ölkələrin digər dövlətlər üzərində siyasi və iqtisadi nəzarət uğrunda mübarizəsi dayanmamışdı, sadəcə başqa, üzdən daha vicdanlı görünən formalar aldı. Tanklar digər dövlətlərin sərhədlərini "beşinci kolon"ların çağırışı əsasında pozurdular. Bəli, bu termin frankizm dövründə İspaniya uğrunda imperialist müharibənin ən qızğın vaxtında yaranmışdı. Orada iki "beşinci kolon" - iki geosiyasi düşərgə toqquşmuşdu. Elə dünya müharibəsi yanğını da iki marionet siyasi cəbhənin - komunistlərin və millətçilərin toqquşmasından başladı.

Görürsünüzmü, bu necə də hazırkı imperialist müharibələr dövrünü xatırladır? Axı indiki Suriya və ya Ukrayna az qala 30-cu illərin İspaniyasının analoqudur ki, orada respublikaçılar frankistlərlə toqquşmuşdular. İmperialist hesabları gizlədən nahamar və görünüşsüz ideoloji fasad. Yeni müasir dünyada liberalizm fövqəldövlətlərə digər ölkələri xoş sima və müstəsna xoş niyyətlə işğal etməyi öyrədib. Avrointeqrasiyanın dağılmasının qizğın çağında "Avromaydan" yalanı ilə Ukraynada, dövlətin tam məhvi və misilsiz etnik təmizləmə fonunda diktatura ilə mübarizə bayrağı altında Suriyada, ilk demokratik yola seçilmiş və Qərb tərəfindən devrilmiş prezidentin güllələnməsi fonunda demokratiya uğrunda mübarizə şüarları ilə Misirdə... İndi anlayırsınız ki, nəyə görə Donald Tramp bu siyasi şüursuzluğun çağırılmamış epiloquna çevrildi?

Xilas zamanı çatdı

Və bu gözlənilən epiloq bizim real Azərbaycanda bir sinif kimi amerikasayağı psevdoliberalizmlə iyrənc formaya düşmüş millətçi xainlər üçün şok effekti yaradan soyuq duş oldu. Mətbəx dissidentliyi və sirli təsəvvürlərlə baş qatan, müasir dünya siyasətinin təlatümlərinə varmayan və QKÇP və Yeltsinlə İsgəndər Həmidov və Ayaz Mütəllibov dövründə ilişib qalmış insanlar üçün. O insanlar üçün ki, nəyə görəsə 1952-ci ilə aid Soljenitsın kitablarındakı Azərbaycanda yaşayırdılar. Bu adamlar indiyə kimi də belə hesab edirdilər ki, bircə fövqəldövlətin iradəsi ilə bütün planetdə hökumətlər devrilir və formalaşdırılır. Və bu sosial-idiotlar sinfi təsəvvür belə etmirdi ki, okeanın o tayındakı nəhəng dövlətin göstərişi olmadan 2016-cı ildə hər hansı bir dövlət necə mövcud ola bilər. Onlar öz əfsanələrinə inanmaq istəyirdilər və cəmiyyəti də inandırmağa çalışırdılar ki. yaxın zamanda narıncı inqilab qalib gələcək, sonra ərəb baharı, daha sonra Avromaydan və geosiyasi inqilab... Bu adamlar müasir dünyadan o qədər uzaq idilər ki, Breksitdən sonra da Avropa İttifaqının bayraqları altında 2016-cı ildə etiraz meydanına çıxırdılar.

Onlar Ukrayna iflasından, çoxdan solmuş ərəb baharından dərs çıxarmırdılar və yeniyetmə maksimalizmi ruhunda düşünürdülər. Anlamaq istəmirdilər ki, elə həmin o Lex Valensa da sovet KQB-si ilə işləyirdi. İlk sovet rok-qruplarından birinin mahnısında deyildiyi kimi: "Bizə sənin qadağan olunmuş meyvələrini sevməyi o qədər öyrədirdilər ki, Amerika!"

Və bu milli xəyanətkarlardan (hansı ki, bilərəkdən və düşünülmüş şəkildə ölkələrinin maraqlarını satırdılar) və sosial-idiotlardan (dünyanın inkişafının müasir trendlərini dərk etməyən) ibarət sinif, deyəsən, heç Türkiyə reallığından da dərs çıxarmadı.

Prezident Ərdoğan əyani şəkildə göstərdi ki, müasir dünyada milli xəyanətkarlardan ibarət "beşinci kolon"u necə kökündən məhv etmək və onunla bu cür mübarizə aparmaq olar. Türkiyədə bir-birinin ardınca dövlətə qarşı mübarizə aparan marionet partiyalar darmadağın edilir, "Cümhuriyyet" kimi ümummilli nəşrlər bağlanır, deputatlar həbs olunur, qərbin diqtəsi ilə yazan jurnalistlər həbsə atılır. Ərdoğan "beşinci kolon"u əzdi, siyasi meydanı, parlamenti, jurnalistikanı nüfuz agentlərindən təmizlədi. Qondarma "liberal güc"lərin tamamilə məhvi Azərbaycan milli-demokratiyasının həm ideoloji, həm də siyasi nümunə götürdüyü bir ölkədə baş verir.

Və budur, tamamilə təbii və ədalətli sual yaranır - nəyə görə prezident İlham Əliyev Azərbaycandakı "beşinci kolon"a münasibətdə bu cür yolverilməz genişqəlblilik və humanistlik nümayiş etdirir?

Axı ən kritik günlərdə bu qüvvələr dəfələrlə ölkədə siyasi yanğın törətməyə çalışıblar? Azərbaycanın bədheybət imperializmlə kritik qarşıdurma günlərində qapımızı geosiyasi inqilab döyürdü və hər dəfə milli satqınlar bütün gücləri ilə "dünya arbitrini" və "Eyzenhauer dəyənəyini" köməyə çağırırdı, onları ölkəyə müdaxilə edib milli maraqları, öz seçimini müdafiə edən müstəqil hökuməti cəzalandırmağa çağırırdı. İndi bu "beşinci kolon"la haqq-hesab çəkmək zamanı yetişməyibmi? Nəyə görə İlham Əliyev də Ərdoğan kimi etməsin və ölkəni bu nebolşevik tör-töküntülərindən birdəfəlik təmizləməsin? Ancaq bunun əvəzində prezident humanizm nümayiş etdirir, öz həqiqət anının yetişməsini gözləyən "beşinci kolon" üçün gen-bol şərait yaradır.

Əli Kərimli nəyə görə hələ də azadlıqdadır? Doğrudanmı Əli Kərimlinin özünün təbliğat vərəqəsi "Azadlığ"ın səhifələrində və sosial şəbəkələrdə nümayiş etdirdiyi açıq-aşkar siyasi ekstremizm, onun hakimiyyətin devrilməsinə yönəlmiş yeni çağırışları hüquq-mühafizə orqanlarının diqqətini cəlb etmir? Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Gözəl Bayramlı və Klinton nənənin yüzlərlə digər yetirmələri, öz dövlətinə münasibətdə qana susamış nifrətdən ağıllarını itirmiş marginallar niyə hələ də azadlıqdadır?

Azərbaycan hakimiyyətini bu sinfin təmizlənməsinə yönəlmiş preventiv aksiyadan nə çəkindirir? Çürümüş, öz xalqlarının dəstəyindən məhrum olmuş qərb institutları?! Axı bir halda ki, ABŞ-ın yeni prezidenti Donald Tramp özü Amerikanın və Qərbin rəngli inqilablar yolu ilə ona sərf etməyən hökumətləri və prezidentləri "beşinci kolonlar"ın əli ilə devirməyi modelləşdirmədiyini açıq etiraf edir, o zaman Azərbaycan hakimiyyətini saxlayan nədir?

Axı bu siyasi alçaqlar qrupu İlham Əliyevin hakimiyyəti dövründə ən azı beş dəfə ABŞ-ın yeni prezidentinin ifşa etdiyi mərkəzlərin və Mərkəzi Kəşfiyyat İdarəsinin iradəsini yerinə yetirərək hakimiyyəti devirməyə zəmin hazırlayıblar, üstəlik hələ də ölkəni vətəndaş və siyasi müharibələrin girdabına yuvarlamaq ssenarisindən əl çəkmirlər!

Əgər milli satqınlar xaricdən aldıqları köməklə legitim hakimiyyətə divan tutmağa hazır idisə, nəyə görə Türkiyədəki nümayişkarənə təmizləmələrin və Trampın etiraflarının ardınca Azərbaycan nəhayət gələcək siyasi çaxnaşmalardan birdəfəlik yaxa qurtarmasın? "Beşinci kolon"dan yaxa qurtarmağın vaxtı çatıb. Qəti zərbə endirməyin vaxtıdır...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31