İraq hərbçiləri Mosulda 961 məhbusun saxlandığı yeraltı həbsxana aşkar ediblər

İraq təhlükəsizlik qüvvələri Mosul şəhərində İŞİD terrorçuları tərəfindən tutulmuş rayonlardan birində yeraltı həbsxana aşkar ediblər.

İraq təhlükəsizlik qüvvələri Mosul şəhərində İŞİD terrorçuları tərəfindən tutulmuş rayonlardan birində yeraltı həbsxana aşkar ediblər.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı məlumat yayıb.

Bildirilir ki, həbsxana Mosulun Şura rayonunda noyabrın 7-də aşkar edilib: "Həbsxanada 961 nəfər olub. Onların hamısı sünni, əksəriyyəti isə İraqtəhlükəsizlik qüvvələrinin keçmiş zabitləri və İraq İslam Partiyasının üzvləridir".  

Xatırladaq ki, İraqın şimalında Mosulun terrorçulardan təmizlənməsi əməliyyatı oktyabrın 17-dən aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31