Gündəm
İlham Əliyev: “Oğlumun gələcək seçimi özündən asılıdır”
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin bir qrup iştirakçısını qəbul edərkən, onlarla söhbət əsnasında övladları ilə bağlı da sualı cavablandırmalı olub.
Sabaha olan hava proqnozu
Sabah Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
"Whatsapp" artıq bunu edə bilməyəcək - QADAĞA
"Whatsapp" vasitəsi ilə məlumat toplayan "Facebook" bunu Avropada edə bilməyəcək. Milli.Az "Hürriyet"ə istinadla xəbər verir ki, "Facebook" Birləşmiş Krallığın qadağasına əsasən, "Whatsapp" vasitəsi ilə Avropa ölkələrində istifadəçilərinin məlumatını toplamağı dayandırıb.
Sərnişin kanat yolları ilə bağlı yeni qaydalar təsdiq edilib
Fövqəladə Hallar Nazirliyi "Sərnişin kanat yollarının və funikulyorların texniki təhlükəsizlik Qaydaları"nı təsdiq edib.
ABŞ kəşfiyyat şefi: "Moskva hələ burada çox qalacaq"
Rusiya bundan sonra da Ukrayna və NATO-ya qarşı aqressiv siyasətini davam etdirəcək. Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat İşləri üzrə Komitəsində çıxışı zamanı ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepper söyləyib. Onun sözlərinə görə, Rusiya özünün ənənəvi regionu hesab etdiyi "Böyük Rusiya" üzərində təsiri saxlamaq istəyir:
İlqar Məmmədov və Tofiq Yaqublunun şikayəti təmin edilmədi
Ali Məhkəmədə "REAL" Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov və Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Xəzərdə zəlzələ oldu
Xəzərdə zəlzələ olub. Olaylar.az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 04:28-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Türkiyədə daha 103 universitet müəllimi "Gülənçi" çıxdı
Türkiyə prokurorluğu İstanbulun Yıldız Texniki Universitetinin 103 müəlliminin saxlanmasına order verib.
Məşhur supermodel ayrılıq səbəbini açıqladı
Məşhur supermodel Kendall Cenner bir neçə gündür ki, İnstaqram hesabını bağlayıb. Milli.Az "Sözcü"yə istinadla bildirir ki, onun hesabını bağlaması Amerikanın yeni prezidenti Donald Trampa etiraz əlaməti kimi düşünülsə də, əslində model sadəcə sosial şəbəkədən uzaqlaşmaq istəyib.
Məşhur Hyuston Universitetində Azərbaycana həsr olunmuş konfrans keçirilib
ABŞ-ın nüfuzlu Hyuston Universitetində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. Bu ali təhsil mərkəzinin həm professor, həm də tələbə heyəti tərəfindən maraqla qarşılanmış bu konfrans Hyustondakı Azərbaycan Mədəniyyət Mərkəzi və Hyuston Universiteti ilə birgə təşkil olunmuşdur. Konfransda əsas məruzəçilər qismində Dövlət Bayrağı Gününə həsr olunmuş rəsmi tədbirdə iştirak etmək məqsədilə Hyustonda səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Məmməd Talıbov çıxış etmişlər.
Lənkəran Dövlət Universitetində "Elektron-Kitabxana" mərkəzinin açlışı olmuşdur
17 noyabr 2016-cı il tarixdə Lənkəran Dövlət Universitetində “HUAWEI Azərbaycan” şirkətinin “Gözəl Azərbaycan” layihəsi çərçivəsində “Elektron-kitabxana” mərkəzinin açılışı olmuşdur. Tədbiri giriş sözü ilə açan, LDU-nun elmi işlər üzrə prorektoru vəzifəsini icra edən, filologiya elmləri doktoru, professor Yədulla Ağazadə universitetin rektoru vəzifəsini icra edən riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimovun səmimi salamlarını tədbir iştirakçılarına çatdırmış, universitetdə elektron - kitabxana sisteminin fəaliyyətinə uğurlar diləmişdir.
“Ətraf mühitinin mühafizəsi üçün maarifləndirmə işinin təşkili” layihəsi həyata keçiriləcək
Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Ətraf mühitinin mühafizəsi üçün maarifləndirmə işinin təşkili” adlı layihəsi həyata keçiriləcək.
“Gənc Bankir Məktəbi” yenidən UNEC-də
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Gənc Bankir Məktəbi” layihəsinə yenidən start verilib. “Gənc Bankir Məktəbi-2” SUES İctimai Birliyinin təşkilatçılığı, “Bank of Baku” ASC-nin tərəfdaşlığı və “Reduco” Tədris Mərkəzinin sponsorluğu ilə gerçəkləşdirilib.
İŞİD 300 polisi qətlə yetirdi
İŞİD yaraqlıları son 3 həftə ərzində 300-dən artıq sabiq İraq polisini qətlə yetirərək, kütləvi məzarda cəsədlərini yandırıblar. Human Rights Watch-un bildirdiyinə görə, məzar Mosul yaxınlığındakı Həmmam əl Əlildə aşkar edilib.
Sergey Mixaylov: "Müasir dövrdə KİV-lərin siması dəyişir"
Qonaqpərvər Bakıda toplaşdığımıza görə çox şadıq. Tədbiri yüksək səviyyədə təşkil etdiyinə görə, AZƏRTAC-a təşəkkür edirəm". SİA-nın xəbərinə görə, bunu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti Sergey Mixaylov Assambleyanın I plenar sessiyasında çıxışı zamanı deyib. O bildirib ki, müasir dövrdə KİV-lərin siması dəyişir, bu sahədə mühit zənginləşir.














