Lənkəran Dövlət Universitetində "Elektron-Kitabxana" mərkəzinin açlışı olmuşdur

17 noyabr 2016-cı il tarixdə Lənkəran Dövlət Universitetində “HUAWEI Azərbaycan” şirkətinin “Gözəl Azərbaycan” layihəsi çərçivəsində “Elektron-kitabxana” mərkəzinin açılışı olmuşdur. Tədbiri giriş sözü ilə açan, LDU-nun elmi işlər üzrə prorektoru vəzifəsini icra edən, filologiya elmləri doktoru, professor Yədulla Ağazadə universitetin rektoru vəzifəsini icra edən riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimovun səmimi salamlarını tədbir iştirakçılarına çatdırmış, universitetdə elektron - kitabxana sisteminin fəaliyyətinə uğurlar diləmişdir.

17 noyabr 2016-cı il tarixdə Lənkəran Dövlət Universitetində "HUAWEI Azərbaycan" şirkətinin "Gözəl Azərbaycan" layihəsi çərçivəsində "Elektron-kitabxana" mərkəzinin açılışı olmuşdur. Tədbiri giriş sözü ilə açan, LDU-nun elmi işlər üzrə prorektoru vəzifəsini icra edən, filologiya elmləri doktoru, professor Yədulla Ağazadə universitetin rektoru vəzifəsini icra edən riyaziyyat elmləri doktoru, professor Natiq İbrahimovun səmimi salamlarını tədbir iştirakçılarına çatdırmış, universitetdə elektron - kitabxana sisteminin fəaliyyətinə uğurlar diləmişdir.

"HUAWEI Azərbaycan" şirkətinin nümayəndələri Fərhad Rzayev və Orxan Mehdiyev LDU-da "Elektron-kitabxana" mərkəzinin fəaliyyətə başlaması münasibətilə professor-müəllim kollektivini, eləcədə, tələbə-gəncləri təbrik etmiş, belə layihənin Azərbaycan Aqrar İnstitutunda və Azərbaycan Müəllimlər İnstitutu Şəki filialında da həyata keçirildiyini bildirmiş, onun məqsəd və vəzifələrini açıqlamışlar.

Qeyd edilmişdir ki, LDU "Elektron-kitabxana" mərkəzi "HUAWEI Azərbaycan" şirkətinin dəstəyi ilə kompüter və digər texniki avadanlıqlarla və lazımi ədəbiyyatlarla təmin ediləcəkdir.

Universitetim müəllimləri və tələbələr "HUAWEI Azərbaycan" şirkətinin keçirdiyi müsabiqədə yaxından iştirak etmişlər. Qaliblərə "HUAWEI" şirkətinin istehsalı olan mobil telefon və kitablar hədiyyə edilmişdir.

Mərasimin sonunda "Elektron-kitabxana" mərkəzinin açılışını bildirən qırmızı lent kəsilmişdir.

Müəllim və tələbələr "Elektron-kitabxana" mərkəzi ilə tanış olmuş, xatirə şəkilləri çəkdirmişlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31