Məşhur Hyuston Universitetində Azərbaycana həsr olunmuş konfrans keçirilib

ABŞ-ın nüfuzlu Hyuston Universitetində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. Bu ali təhsil mərkəzinin həm professor, həm də tələbə heyəti tərəfindən maraqla qarşılanmış bu konfrans Hyustondakı Azərbaycan Mədəniyyət Mərkəzi və Hyuston Universiteti ilə birgə təşkil olunmuşdur. Konfransda əsas məruzəçilər qismində Dövlət Bayrağı Gününə həsr olunmuş rəsmi tədbirdə iştirak etmək məqsədilə Hyustonda səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Məmməd Talıbov çıxış etmişlər.

ABŞ-ın nüfuzlu Hyuston Universitetində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümünə həsr olunmuş konfrans keçirilmişdir. Bu ali təhsil mərkəzinin həm professor, həm də tələbə heyəti tərəfindən maraqla qarşılanmış bu konfrans Hyustondakı Azərbaycan Mədəniyyət Mərkəzi və Hyuston Universiteti ilə birgə təşkil olunmuşdur. Konfransda əsas məruzəçilər qismində Dövlət Bayrağı Gününə həsr olunmuş rəsmi tədbirdə iştirak etmək məqsədilə Hyustonda səfərdə olan ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta və Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Məmməd Talıbov çıxış etmişlər.

ABŞ səfiri çıxışı zamanı ABŞ-ın Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən və həmin zamandan bəri Azərbaycanın yanında olduğunu,  Azərbaycanın ABŞ və NATO-nun əhəmiyyətli tərəfdaşı olduğunu vurğulamışdır. ABŞ rəsmisi Azərbaycanın qlobal enerji təhlükəsizliyinə töhfəsini, habelə müasir İpək Yolunun canlandırılmasında Azərbaycanın xüsusi rolunu izah etmişdir. O, hazırda Azərbaycanla ABŞ arasında enerji, təhlükəsizlik, o cümlədən terrorçuluqla mübarizə sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyini xüsusilə qeyd etmişdir. R.Sekuta həmçinin 1976-ci ildən qardaşlaşmış şəhərlər olan Hyustonla Bakı arasında bir çox baxımdan oxşarlığı xatırladaraq, bu şəhərlər arasında əlaqələrin cari vəziyyətini yüksək qiymətləndirmiş və bu kontekstdə Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rolunu xüsusilə qeyd etmişdir.

Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri M.Talıbov çıxışı zamanı 2016-cı ildə müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünü qeyd edən Azərbaycan dövlətinin müsəlman şərqində ilk demokratiyanın davamçısı olduğunu qeyd etmişdir. Azərbaycanın unikallığını dərk etmək üçün dövlətimizin keçdiyi tarixi yolun, üzləşdiyi çətinliklərin, əldə etdiyi nailiyyətlərin dəyərləndirilməsinin vacibliyini vurğulamışdır. 25 ilin ilk baxışdan qısa bir dövr olduğunu qeyd edən diplomat həmin zaman ərzində dövlət quruculuğu, cəmiyyətin inkişafı, xalqın rifahı və digər vacib sahələrdə böyük nailiyyətlərə ölkəmizin imza atdığı, habelə Azərbaycanın dünyada öz layiqli yerini tutduğunu və regionun liderinə çevrildiyini qeyd etmişdir. Azərbaycanın bu uğurlarının ölkə rəhbərliyinin müdrik və ardıcıl siyasəti nəticəsində mümkün olduğunu bildirən diplomat həmin illər ərzində bir sıra sahələrdə ABŞ-la səmərəli tərəfdaşlığın həyata keçirildiyini qeyd etmişdir.

Azərbaycan Səfirliyinin nümayəndəsi dünyada dini, mədəni zəmində artan gərginlik fonunda Azərbaycanda müxtəlif din və mədəniyyət icmalarının sülh və dostluq şəraitində yaşadıqlarını bildirmiş, cəmiyyətimizdə dərin köklərə malik tolerantlıq və multikulturalızm ənənlərinin davam etdiyini vurğulamışdır. O, qeyd etmişdir ki, ölkə rəhbərliyinin təşəbbüsü ilə multikulturalizm və mədəniyyətlərarası dialoq sahəsində dünya miqyaslı forum və tədbirlər keçirlir. Eyni zamanda, Səfirliyin müşaviri ölkəmizin təşəbbüsü ilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars irimiqyaslı iqtisadi layihələrin həyata keçirildiyini, habelə Avropa enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin reallaşmaqda olduğunu bildirmişdir. Bundan sonra Azərbaycanlı diplomat ölkəmizə qarşı uzun illərdən bəri davam edən Ermənistanın təcavüzünə toxunaraq Azərbaycanın ərazilərinin hələ də işğal altında olduğunu və bir milyonadək insanın öz yurd-yuvasından məcburi köçkün düşdüyünü vurğulamış, dünya ictimaiyyətinin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın bu münaqişənin ədalətli həlli üçün beynəlxalq hüquq və bu münaqişəyə aid qəbul edilmiş beynəlxalq sənədlər əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həlli üçün səylərinin artırmasının vacibliyini vurğulamışdır. O qeyd etmişdir ki, dünya ictimaiyyəti bu kimi münaqişələrə yanaşmada fərq qoymamalı və təcavüzkara qarşı prinsipial mövqe nümayiş etdirməlidir. Azərbaycanın ABŞ Administrasiyasından gözləntiləri barədə suala cavab verən Səfirliyin müşaviri ölkəmizə qarşı daha konstruktiv və pragmatik yanaşmaya ümid etdiyini bildirmişdir.

ABŞ səfiri və Azərbaycan Respublikasının müşaviri Hyustona səfər çərçivəsində birgə olaraq ABŞ-ın ən böyük dəniz limanlarından biri olan Hyuston Limanına səfər edərək oranın əməliyyatlar üzrə direktoru (Chief Operating Officer) Tomas Heidt və digər rəhbər şəxslər, Hyuston Universitetinin prorektoru Xayme Ortiz, Hyustonun ən böyük kompaniyalarını özündə birləşdirən Böyük Hyuston Tərəfdaşlıq təşkilatının rəhbəri Bob Harvi, Hyuston merinin inkişaf məsələləri üzrə müavini Endryu İkenlə görüşmüşlər. Sözügedən görüşlər zamanı Bakı ilə Hyuston arasında bütün sahələrdə əməkdaşlığın gücləndirilməsi, o cümlədən enerji tədqiqatları, yüksək texnologiyalar, ticarət missiyalar, akademik, təhsil və mədəniyyət sahəsində birgə işlərin həyata keçirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Hyuston Limanı arasında təcrübə mübadiləsi, birgə tədbirlərin keçirilməsi və s. məsələlərə dair fikir mübadiləsi aparılmışdır.    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31