“Ətraf mühitinin mühafizəsi üçün maarifləndirmə işinin təşkili” layihəsi həyata keçiriləcək

Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Ətraf mühitinin mühafizəsi üçün maarifləndirmə işinin təşkili” adlı layihəsi həyata keçiriləcək.

Sumqayıtda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Ətraf mühitinin mühafizəsi üçün maarifləndirmə işinin təşkili" adlı layihəsi həyata keçiriləcək.

Layihə rəhbəri Təranə Həşimova bildirib ki, layihənin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda gənclərin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrini artırmaq və onlarda ekoloji mədəniyyəti müxtəlif ekspertlərin iştirakı ilə formalaşdırmaqdır.

Cari layihə çərçivəsində "Ətraf mühitinin mühafizəsi üçün maarifləndirmə işinin təşkili" adlı seminarlar və iştirakçılarla birlikdə ekoloji problemlərin həllinə həsr olunmuş qrup işləri həyata keçiriləcək.

Qeyd edək ki, layihə çərçivəsində ilk tədbir Sumqayıt şəhərində 19-20 noyabr 2016-cı il tarixdə, saat 14:00-da, Sumqayıt şəhəri, 17-ci mkr. Ev 55 ünvanında yerləşən Təlim və Resurs Mərkəzində keçiriləcək.
Əlaqə vasitəsi: [email protected]

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31