Gündəm

Fərəhin anası fəryad etdi – “Yanıram...”

18 Noyabr 2016 13:51

“Fərəh gözəl və ağıllı qız idi. Həyata inanırdı”  Bunu AzNews.az-a açıqlamasında Səbail rayon 6 nömrəli tam orta məktəbin direktor müavini Arzu Vəliyeva 12 yaşlı Fərəh Yaqubovanın ölümünə aydınlıq gətirərkən bildirib. A.Vəliyevanın sözlərinə görə, həyata inamı böyük olan bir şagirdin intiharından belə söhbət gedə bilməz: “Fərəh gözəl və ağıllı qız idi. Həyata inanırdı. Heç bir halda mən buna inanmıram. Bütün uşaqlar şokdadır. Uşaqların bu ölümə inanmaqları gəlmir. Anlaya bilmirik ki, bu necə baş verib. Fərəhin məktəbdə davranışında heç bir qüsur yox idi. Onun simasında həyata gözəl ümid və baxış vardı”. 

Azərbaycan Mətbuat Şurasının «Xalq cəbhəsi» qəzetinə təbriki

18 Noyabr 2016 13:49

Noyabrın 20-də Azərbaycanın ictimai rəyində özünə layiqli yer tutan «Xalq cəbhəsi» qəzetinin 15 yaşı tamam olur. Bu münasibətlə nəşrin rəhbərliyini və kollektivini təbrik edirik!

SSRİ-yə hücuma keçən atom gəmisini yadplanetlilər necə qaçırdı? – 50 İLLİK SİRR

18 Noyabr 2016 13:30

1968-ci ildə Amerikanın “Əqrəb” atom sualtı gəmisi tam məxfi missiya ilə SSRİ-yə doğru yola düşür. Məqsəd SSRİ dəniz donanmasını izləmək və kəşfiyyat məlumatlarını göndərmək idi. Planlaşdırmaya görə, gəmi hərəkətə keçəndən 7 gün sonra geri qayıtmalı idi. Lakin aylar keçsə də, heç bir xəbər yox idi və Amerika Hərbi Dəniz Qüvvələri anladı ki, sualtı gəmi itib.

Hər kəsdən fərqlənən körpə - FOTO

18 Noyabr 2016 13:27

Cənubi Koreyadan olan Milliannı Uortin saçının qabaq hissəsi anası, nənəsi və ulu nənəsi kimi ağ rəngdədir. Bir yaşlı balaca qızcığaz bu fərqliliyinə görə sosial şəbəkələri bir-birinə qatıb. Publika.az hər kəs tərəfində görüntüləri paylaşılan uşağın fotolarını təqdim edir:

13 yaşında işə başladı, bir il sonra milyonçu oldu

18 Noyabr 2016 13:24

İngiltərədə yaşayan 14 yaşlı Harvi Millinqton milyonçu olub. Olaylar.az axşam.az-a istinadən bildirir ki, o, unutqan avtomobil sürücülərinin vergi cəzası almamaları üçün onlara vergilərini nə zaman ödəmələrini göstərən çeklər hazırlamağa başlayıb.

Akif Çovdarovun işində zərərçəkən şirkət rəhbərinin məhkəməsi davam etdirilib

18 Noyabr 2016 13:19

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qarabağ münaqişəsinin həll prosesinin necə inkişaf edəcəyini Allah da bilmir

18 Noyabr 2016 13:16

"Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin necə inkişaf edəcəyini Allah da bilmir, mən necə bilə bilərəm?" Olaylar.az APA-ya istinadən bildirir ki, bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib.

"Trampın ulduzunu oğurlayıb, satmaq istəyirdim"

18 Noyabr 2016 13:15

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Məşhurlar Xiyabanındakı ulduzuna qarşı vandalizm aktı törədən şəxs tapılıb.

Bakıda Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XVI Baş Assambleyası keçirilir - YENİLƏNİB

18 Noyabr 2016 13:13

Bakıda Heydər Əliyev Fondu və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası keçirilir.

Mətbuat Şurasında İranın Azərbaycana yeni təyin olunmuş səfiri və İRNA xəbər agentliyinin icraçı direktoru ilə görüşü keçirilib

18 Noyabr 2016 13:11

Azərbaycan Mətbuat Şurasında media nümayəndələrinin İranın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə və İslam Respublikasının ölkəmizdə səfərdə olan İRNA xəbər agentliyinin icraçı direktoru Məhəmməd Xoddadi ilə görüşü keçirilib.

Yevlaxda it oğruları tutulub

18 Noyabr 2016 13:09

Yevlaxda it oğruları tutulub. Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəşad Qasımov və Zaur Əliyev saxlanılıblar. Onlar noyabrın 14-də rayon sakini Bəhruz Zalova məxsus yardımçı təsərrüfatdan 3 cins iti, 5 ev quşunu və təmir-tikinti alətlərini oğurlamaqda şübhəli bilinirlər. Hər iki şəxs əvvəllər məhkum olunublar. 

Darvaza uşağın üstünə aşdı

18 Noyabr 2016 13:06

Bakıda dəhşətli hadisə olay verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, noyabrın 12-də Sabunçu rayonunun Pirşağı qəsəbəsində yaşayan 10 yaşlı Nurlan Bədəllinin üzərinə həyətlərində dəmir qapı düşüb. Xəstəxanaya yerləşdirilmiş uşaq noyabrın 17-də orada ölüb. Araşdırma aparılır.

İlqar Məmmədov kassasiya şikayəti təmin olunmayıb

18 Noyabr 2016 13:05

Noyabrın 18-də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə REAL hərəkatının həbsdəki sədri İlqar Məmmədovun və Müsavat Partiyası başqanın müavini Tofiq Yaqublunun kasasiya şikayətinə baxılıb. Bu haqda məlumat verən hərəkatın üzvü Natiq Cəfərli İ.Məmmədovun məhkəmədə iştirak etmədiyini bildirib. N.Cəfərli “İlqar həbsdə qaldı” açıqlamasını verib. Beləliklə İ.Məmmədovun kassasiya şikayəti təmin olunmayıb.  İ.Məmmədov 2013-cü il yanvar ayının 24-də İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunublar. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Məmmədov 7 il, müddətinə azadlıqdan məhrum edilib. 

Pensiyalar vaxtından əvvəl hesablara köçürülüb

18 Noyabr 2016 13:04

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi noyabr ayı üzrə də əmək pensiyalarının maliyyələşdirilməsinin vaxtından əvvəl başa çatdırılmasına imkan verib. Bu barədə nazirliyin mətbuat katibi Elman Babayev məlumat verib.

Komitə sədri: “Uşaq hüquqlarının müdafiəsi üzrə mühüm sənədlər hazırlanır”

18 Noyabr 2016 13:02

“Azərbaycanda uşaq məsələlərinə dövlət tərəfindən həmişə diqqət yetirilir. Erkən yaşda ailələrin qurulması, uşaqların təhsildən yayınması, əməyə cəlb olunması, onlara qarşı zorakılıq edilməsi uşaq hüquqlarının pozulması halları daim araşdırılır”.