Gündəm

Rəqsanənin qızının dövlət rəsmisi ilə səmimi FOTOSU

18 Noyabr 2016 14:30

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysunun dövlət rəsmisi ilə fotosu yayılıb. Publika.az xəbər verir ki, Rusiya Dumasının hakim partiyası “Vahid Rusiya”nın üzvü, Rusiya və Türkiyə məsələləri üzrə ekspert, Rusiya Dumasına namizəd olan Ramin Qasımovla foto çəkdirən Aysun xeyli xoşbəxt görünür.

Tramp avro üçün düşərsiz oldu

18 Noyabr 2016 14:29

Avro dollara nisbətən son 14 ildə ən aşağı səviyyəyə düşüb. Artıq birjalarda 1 avro almaq üçün 1.06 dollar almaq lazımdır. Habuki, 1 Avropa puluna bu ayın əvvəllərində 1 dollar 12 sent ödəmək lazım idi. İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, son həftələr 5 faizə yaxın dəyər itirən avronun ucuzlaşması D.Trampın ABŞ Prezidenti seçiləndən sonra daxili iqtisadiyyatın inkişafı haqda açıqlamaları ilə bağlı olsa da daha sonra Federel Ehtiyatlar Sisteminin uçot stavkasının artırılması ehtimalları avronu dəyərsizləşdirdi: “FES-in uçot stavkasını artıracağı halda dolların kəskin möhkəmlənəcəyindən ehtiyatlanan bir qism investorlar valyuta səbətində dəyişiklik edilər ki, bu da avro təklifini artırır. İtaliyadakı seçilər də qitənin vahid pulunun ucuzlaşmasında az rol oyanmır.

Baldızına təcavüz edən Əhməd: "Ayağına toxunmuşam, amma..."

18 Noyabr 2016 14:27

Türkiyədə xanımı ilə birlikdə yaşadığı evdə baldızına təcavüz iddiası ilə saxlanılan 27 yaşlı Əhməd T.-nin məhkəməsi keçirilib. Milli.Az "Milliyet"ə istinadla bildirir ki, 15 yaşlı baldızın şikayətinə görə saxlanılan Əhməd iddiaları təkzib edib. O bildirib ki, bunlar böhtandır.  Əhməd ifadəsində deyib:

Vahid Əhmədov: “Bank sistemindən narahatıq”

18 Noyabr 2016 14:21

“Azərbaycanda qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən asıllığını azaltmaq istiqamətində görülən işləri çox yüksək qiymətləndirirəm”. Bunu SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, son bir ayda İqtisadiyyat Nazirliyinin xətti ilə çox yerlərdə olub, müşahidələr aparıb: “Həqiqətən də böyük işlər görülüb. Dərman, kimya məhsulları istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə bağlı həyata keçirilən tədbirlər təqdirəlayiqdir”.

Agentlik direktoru: "Azərbaycan tədbiri yüksək səviyyədə təşkil edib"

18 Noyabr 2016 14:20

"İlk dəfədir ki, Bakıya gəlirəm. Şəhərinizi çox bəyəndim. Ailəmlə birlikdə Bakıya turist kimi gəlib şəhərinizi daha yaxşı gəzmək istəyirəm”. BunuSİA-ya açıqlamasında Koreyanın “Yonhap” xəbər agentliyinin direktoru Tae-Sunq Junq deyib.

Naxçıvanda müasir rabitə sistemi qurulub

18 Noyabr 2016 14:16

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən “Şərq qapısı” qəzetinə bildirilib ki, muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi oktyabr ayında da uğurla davam etdirilib.

Qış mövsümündə abonentlər dayanıqlı təbii qazla təmin olunacaq

18 Noyabr 2016 14:13

“Naxçıvanqaz” İstehsalat Birliyindən “Şərq qapısı”na bildirilib ki, payız-qış mövsümünə keçidlə əlaqədar 2016-cı ilin oktyabr ayında öz işini daha da gücləndirmiş, qaz təsərrüfatının təhlükəsizliyi və təbii qazdan səmərəli istifadə olunmasını təmin etmək, o cümlədən əhalinin və müəssisələrin təbii qazla təminatının daha da yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görmüş, 106 yeni abonentə təbii qaz verilmişdir. Bu zaman 3411 metr dəmir borudan istifadə olunmuşdur.

Tanınmış fotojurnalist Rafiq Salmanov evində ziyarət edilib

18 Noyabr 2016 14:12

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın Ahıl Jurnalistlər Məclisinin təmsilçiləri - Yusif Kərimov, Məzahir Süleymanzadə, Tahir Aydınoğlu və Rasim Sadıqov Əməkdar mədəniyyət işçisi, fotojurnalistikamızın tanınmış nümayəndəsi Rafiq Salmanovu evində ziyarət edib, ahıl sənətkarın müalicəsi və qayğıları ilə maraqlanıblar. 

Avropa Ankaraya qapılarını bağlayır: 6 gün qaldı

18 Noyabr 2016 14:10

Türkiyənin Avropa İttifaqına girişi haqqında danışıqların dayandırılmasına çağıran qətnamə Avropa Parlamentinin noyabrın 24-də keçiriləcək plenar iclasında səsverməyə çıxarılacaq.

Azərbaycanın geosiyasi kursu: XXI əsrin çağırışları işığında

18 Noyabr 2016 14:06

Azərbaycan müstəqilliyinin 25-ci ildönümünü xüsusi şəraitdə qeyd etdi. Hazırda dünyanın bir çox regionlarında müharibə alovu çoxlu sayda insanın həyatına son qoyur. İşgəncələr, hüquq pozuntuları, sürgünlər, qaçqınlıq, miqrantlara qarşı qeyri-insani münasibətlər baş alıb gedir. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, "ətraf od tutub yanır".

Talibançılar polis bölməsinə hücum etdilər: xeyli sayda ölən var

18 Noyabr 2016 14:05

Əfqanıstanın Farah əyalətində "Taliban" hərəkatının yaraqlılarının polis bölməsinə hücumu nəticəsində ən azı 13 polis ölüb.

Dövlət atributlarımıza olan sevgi vətənpərvərliyin təzahürüdür

18 Noyabr 2016 14:00

Noyabrın 18-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolu” layihəsi çərçivəsində “Dövlət atributlarına hörmət və vətənpərvərlik hissinin yüksəldilməsi” mövzusunda mətbuat konfransı keçirib.

ETSN: Azərbaycanda sürüşmə və subasma sahələrinin sayı artıb

18 Noyabr 2016 13:58

Azərbaycanda sürüşmə və subasma sahələrinin sayı artıb.

Eynulla Fətullayev: “Fərhad Qəribovu kazinoda mən çəkmişəm...”

18 Noyabr 2016 13:53

Keçmiş deputat və oliqarx-biznesmen Fərhad Qəribov Tiflis kazinolarından birində bu günlərdə 270 min dollar uduzması haqda virtualaz.org saytının təkzibedilməz videokadrlarla müşaiyət olunan məlumatını təkzib etməyə çalışıb. Keçmiş deputat azvision.az-a bildirib ki, o, pensiyaçı adamdır, oturub evində və kazionda uduzmağa pulu yoxdur. “Mənim 270 min dollarım hardandır ki, aparıb kazionda uduzam. Mən ümumiyyətlə kazinoya ayaq basmıram. Jurnalistlər yalan məlumat yazır, kadrlardakı mən deyiləm”-Fərhad Qəribov deyib.

Nazir müavini Elmir Vəlizadə: “Mən də “paket” alırdım, ayda 30 min...”

18 Noyabr 2016 13:52

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırda həbsdə olan yüksək vəzifəli əməkdaşlarının işi üzrə istintaq materialları bu nazirlikdə uzun illər hökm sürmüş dəhşətli korrupsiya və mənimsəmə mexanizmini üzə çıxarır.