Mətbuat Şurasında İranın Azərbaycana yeni təyin olunmuş səfiri və İRNA xəbər agentliyinin icraçı direktoru ilə görüşü keçirilib
Azərbaycan Mətbuat Şurasında media nümayəndələrinin İranın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə və İslam Respublikasının ölkəmizdə səfərdə olan İRNA xəbər agentliyinin icraçı direktoru Məhəmməd Xoddadi ilə görüşü keçirilib.
18 Noyabr 2016 13:11 SosialAzərbaycan Mətbuat Şurasında media nümayəndələrinin İranın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə və İslam Respublikasının ölkəmizdə səfərdə olan İRNA xəbər agentliyinin icraçı direktoru Məhəmməd Xoddadi ilə görüşü keçirilib.
Toplantını giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan və İran dövlətləri arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.
İRNA xəbər agentliyinin icraçı direktoru M.Xoddadi Azərbaycan və İran xalqları arasında tarixi bağlılıq əlaqələrinin yaşadılmasının zəruriliyindən söz açaraq hər iki ölkə mediasının bu istiqamətdəki fəaliyyətini bir qədər də intensivləşdirməsinə ehtiyacın duyulduğunu vurğulayıb. Müasir dövrdə informasiyanın müstəsna mahiyyət daşıdığını bildirən M.Xoddadi digər sahələrdəki inkişafda da informasiya amilinin həllediciliyinə diqqət çəkib.
İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Cavad Cahangirzadə media nümayəndələri ilə görüşün Azərbaycanın Milli Dirçəliş Günündə baş tutmasını xoş təsadüf adlandırıb və əlamətdar gün münasibəti ilə toplantı iştirakçılarına təbriklərini çatdırıb. Səfir hər iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunudan məmnunluğunu ifadə edib, İranı və Azərbaycanı bir-birinə bağlayan cəhətlərdən söz açaraq ortaq dəyərlər, adət-ənənələr üzərində dayanıb.