Akif Çovdarovun işində zərərçəkən şirkət rəhbərinin məhkəməsi davam etdirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
18 Noyabr 2016 13:19 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Real MTK"-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda İlham Qasımovun vəkili çıxış edərək, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Proses noyabrın 25-də davam etdiriləcək.
Qeyd edək ki, prokuror təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İ. Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir.
İ. Qasımov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun işində zərərçəkmiş kimi tanınır.