Gündəm

OANA-nın növbəti Assambleyası Koreyanın paytaxtı Seulda keçiriləcək

18 Noyabr 2016 12:22

Asiya və Sakit Okean Ölkələri Informasiya Agentlikləri Təşkilatının (OANA) XVII Baş Assambleyası 2019-cu ildə Cənubi Koreyanın paytaxtı Seulda keçiriləcək. SİA-nın xəbərinə görə bu barədə qərar OANA-nın Bakıda keçirilən XVI Baş Assambleyasında qəbul edilib. Qeyd edək ki, Bakıda Heydər Əliyev Fondu və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası başa çatdı. Təşkilatın ali orqanının toplantısında 40 agentliyin 80-dən çox rəhbəri və təmsilçisi iştirak edib.

Aslan Aslanov OANA-nın prezidenti seçilib

18 Noyabr 2016 12:21

Bakıda keçirilən Asiya və Sakit Okean Ölkələri Informasiya Agentlikləri Təşkilatınının (OANA) Baş Assambleyasının ikinci sessiyasında AzərTAC baş direktoru Aslan Aslanov OANA-nın prezidenti seçilib. Bununla da 2016-2019-cu illərdə OANA-ya sədrlik Rusyanın TASS agentliyindən AzərTAC-a keçib. TASS, "Anadolu", "Sinxua" və YUNHAP (Koreya) agentlikləri vitse-prezident vəzifəsini icra edəcəklər. Tədbirdə çıxış edən A. Aslanov yüksək etimada görə təşəkkür edib.

Ciddi sanksiyalar tətbiq olunacaq XƏBƏRDARLIQ

18 Noyabr 2016 12:20

AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiya nəticəsi şübhə doğuran oyunlarla əlaqədar araşdırmalarını davam etdirir. SİA-nın məlumatına görə, komissiyanın qərarına əsasən I divizion komandaları arasında bu gün keçiriləcək oyunlara nəzarəti daha da gücləndirmək məqsədilə hakimlər komandalara bu barədə də ciddi tapşırıqlar verəcək. Belə ki, oyundan əvvəl hakimlər məşqçilər və  futbolçularla görüşərək komissiyanın tapşırıqlarını onların nəzərinə çatdıracaq.

DİN: "Cəmiyyətimizdə uşaqlar tərəfindən və uşaqlara qarşı hüquq pozuntuları olur"

18 Noyabr 2016 12:18

"Əsas vəzifəmiz odur ki, uşaqlara qarşı və uşaqlar tərəfindən hər hansı hüquq pozuntusu qeydə alınmasın. Amma təəsüflər olsun ki, Azərbaycan cəmiyyətində də uşaqlar tərəfindən və uşaqlara qarşı belə hallar qeydə alınır".

Ombudsman DTX-nın təcridxanasına qəfil baş çəkib 

18 Noyabr 2016 12:17

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) qismində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirib.

Ebru Gündeşin atasından xəyanət xəbərlərinə REAKSİYA

18 Noyabr 2016 12:14

Futbolçu Ufuk Ceylanla sevgili olduğu barədə şayiələr yayılan müğənni Ebru Gündeşin atası Remzi Gündeş bu barədə açıqlama verib.

Yeni infrastruktur və binaların yaradılması Bakının tarixi görünüşü ilə ahəngdarlıq təşkil etməlidir

18 Noyabr 2016 12:12

"Yeni infrastruktur və binaların yaradılması Bakının tarixi görünüşü ilə ahəngdarlıq təşkil etməlidir".

Dünya şöhrətli xalçaçı-rəssam, alim  Lətif Kərimovun 110 illik yubileyi qeyd olundu

18 Noyabr 2016 12:10

Noyabrın 17-də Azərbaycan Xalça Muzeyində Xalq Rəssamı, “Azərbaycan xalçası” adlı fundamental elmi əsərin müəllifi Lətif Kərimovun anadan olmasının 110 illiyinə həsr edilmiş - “Lətif Kərimov. Xalça sənətinə həsr olunmuş həyat” adlı sərginin açılış mərasimi keçirilib.

Banka getmədən plastik kartdakı vəsaiti necə artırmaq olar?

18 Noyabr 2016 12:06

Müştərilərinin rahatlığını düşünən Expressbank sürətli və rahat ödəmə vasitəsi – ExpressPay terminallarının ödəniş imkanları və xidmət şəbəkəsini daim genişləndirir. 

Yer sivilizasiyası tarixinin ən təhlükəli dövrünə daxil olub

18 Noyabr 2016 12:04

Məşhur astrofizik Stiven Xokinq hesab edir ki, təcili Yer kürəsini tərk eləmək lazımdır. Məşhur astrofizik Stiven Xokinq etiraf edib ki, onun üçün ən qeyri-adi kəşf kainatın sürətlə genişlənməsi olub: "1998-ci ildə məlum oldu ki, kainatın genişlənməsi təxmin edildiyi kimi zəifləmir, o, əksinə sürətlənir".

Sevgilisindən ayrılan müğənni səhnədə keçmiş əri ilə öpüşdü və...

18 Noyabr 2016 12:02

Cennifer Lopes və Mark Entoni konsert zamanı pərəstişkarlarını duetləri ilə sevindirməklə kifayətləməyib, səhnədə öpüşərək hər kəsi təəccübləndirib.

Nazir gəlini Safuradan radikal imic dəyişikliyi

18 Noyabr 2016 11:59

"Eurovision 2010" təmsilçimiz Safura Əliyeva sosial şəbəkədə yeni fotolarını paylaşıb. Publika.az xəbər verir ki, izləyicilərini intizarda qoymayan S.Əliyevanın uzun saçlarının qısa kəsdirərək imicində radikal dəyişiklik etməsi diqqətdən qaçmayıb.

Türkan Şorayın Azərbaycandakı gizli dostu kim imiş? 

18 Noyabr 2016 11:56

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Xalq artisti, məşhur bəstəkar və rəssam Arif Məlikov Türkan Şorayla uzun illərdir dostluq etdiyini bildirib.

ABŞ dövlət katibinin nümayəndəsi Azərbaycana gəlir

18 Noyabr 2016 11:53

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brinks gələn həftə Azərbaycana gələcək.

Avropaya "Cənub Qaz Dəhlizi" lazımdır, çünki qitənin əlavə qaz mənbəyinə ehtiyacı var

18 Noyabr 2016 11:52

Avropaya "Cənub Qaz Dəhlizi" lazımdır, çünki qitənin əlavə qaz mənbəyinə ehtiyacı var. Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu noyabrın 17-də Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarının bir qrupunu qəbul edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.