Aslan Aslanov OANA-nın prezidenti seçilib
Bakıda keçirilən Asiya və Sakit Okean Ölkələri Informasiya Agentlikləri Təşkilatınının (OANA) Baş Assambleyasının ikinci sessiyasında AzərTAC baş direktoru Aslan Aslanov OANA-nın prezidenti seçilib. Bununla da 2016-2019-cu illərdə OANA-ya sədrlik Rusyanın TASS agentliyindən AzərTAC-a keçib. TASS, "Anadolu", "Sinxua" və YUNHAP (Koreya) agentlikləri vitse-prezident vəzifəsini icra edəcəklər. Tədbirdə çıxış edən A. Aslanov yüksək etimada görə təşəkkür edib.
18 Noyabr 2016 12:21 SosialBakıda keçirilən Asiya və Sakit Okean Ölkələri Informasiya Agentlikləri Təşkilatınının (OANA) Baş Assambleyasının ikinci sessiyasında AzərTAC baş direktoru Aslan Aslanov OANA-nın prezidenti seçilib. Bununla da 2016-2019-cu illərdə OANA-ya sədrlik Rusyanın TASS agentliyindən AzərTAC-a keçib. TASS, "Anadolu", "Sinxua" və YUNHAP (Koreya) agentlikləri vitse-prezident vəzifəsini icra edəcəklər. Tədbirdə çıxış edən A. Aslanov yüksək etimada görə təşəkkür edib.
O bildirib ki, Bakıda iki gün ərzində baş tutan Dünya Xəbər Agentlikləri Konqresində dünya mediasının problemləri və digər məsələlər 5 sessiyada mükəmməl şəkildə dünya xəbər rəhbərlərinin iştirakı ilə müzakirə olunub: "Bu gün isə Asiya və Sakit Okean Ölkələri AgentliklərinTəşkilatının Baş Assambleyasında toplaşmışıq. Tədbirdə iştirak etdiyinizə görə hər birinizə təşəkkür edirəm. Bu gün bizi sədr seçməklə AZƏRTAC-a dəstəyinizi bir daha təsdiq etdiniz. OANA- nın fəaliyyətində buradakı agentliklərin rolu böyükdür. Təşkilatln aktiv saytı var və bura üzv olan xəbər agentlikləri xəbərlərinyi yerləşdirir ki, bu da təcrübə mübadiləsi üçün geniş imkan yaraşır. Ötən 3 ərzində TASS agentliyi OANA-nın inkişafına böyük təsir edib. OANA-nın büdcəsində xeyli vəsait var və biz TASS-ın təcrübəsindən istifadə edərək saytın daha aktiv fəaliyyət göstərməsinə çalışacağıq. AZƏRTAC sədrlik dövründə bütün agentliklərə öz diqqətini, təcrübə mübadiləsinin inkişafna müsbət təsir göstərəcək. Bizi dəstəklədiyinizə görə təşəkkür edirəm". Olaylar.az