Gündəm

Fabreqas təxribata görə cəzalandırıla bilər

5 Dekabr 2016 14:25

"Çelsi"nin yarımmüdafiəçisi Sesk Fabreqas İngiltərə Futbol Assosasiyası (FA)  tərəfindən cəzalandırıla bilər.

Aparıcı məşhur sevgilisinin döyüldüyünü yazdı: "Onu şillə-təpiyin altına saldı"

5 Dekabr 2016 14:15

Bir vaxtlar Okan Bayülgen ilə yaşadığı eşqlə uzun müddət maqazin gündəmini zəbt edən Deniz Akkaya köhnə sevgilisinin illər əvvəl uğradığı hücumu haqda paylaşım edib.

Parketmə qaydalarını pozanlar ciddi cəzalanacaqlar

5 Dekabr 2016 14:02

Dekabrın 5-də Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. İclasda İnzibati Xətalar Məcəlləsinə yeni 602-1 (Lisenziyalar və icazələr haqqında qanunvericiliyin pozulması) maddəsinin əlavə edilməsi müzakirə olunub.

Leyla

5 Dekabr 2016 14:00

(hekayə) Çar Rusiyası və Qacar Türk Xanədanlığı arasında Azərbaycan torpaqları uğrunda başlayan müharibənin qızğın dövrü idi. Artıq vətənimizin demək olar ki, bütün güney hissəsi gavur ruslardan təmizlənsə də quzey uğrunda savaşlar səngimirdi. Qəhrəman Abbas Mirzənin rəşadətli, özünü müdafiə qüvvələri torpaqlarımızın hər qarışı uğrunda canları bahasına mübarizə aparır, onlarla, yüzlərlə igidimiz rusların xain toplarına, muşketlərinə qurban gedirdi. Belə bir zamanda Osmanlı imperiyası da Avropa ilə səngiməyən böhran yaşayırdı. Bir dövlət guya onunla dost ikən, digəri onu arxadan vurmağa çalışırdı. Qərbdə də, Şərqdə də Türklərə qarşı böyük oyun davam edirdi...

Türk dünyasının daş abidələrinin birinin möhtəşəm görüntüləri haqqında poetik düşuncələr

5 Dekabr 2016 13:58

Bu materialları  dostlarla paylaşdığına görə  İbrahimov Ağababa müəllimə  milyon-milyon təşəkkürlər...

Popkorn bir ailəni övladsız qoydu

5 Dekabr 2016 13:54

Uşağın ölümü qədər faciəli hal yoxdur. Təəssüf ki, Elison və Patrik Lousonlar ailəsi belə bir dəhşətlə qarşılaşmalı olub.

Böyük Britaniya Lordlar Palatasında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik şam yeməyi keçirilib 

5 Dekabr 2016 13:51

Dekabrın 2-də Böyük Britaniya Lordlar Palatasının məşhur "The Peers" zalında İngiltərə-Azərbaycan Cəmiyyətinin ənənəvi illik şam yeməyi keçirilib.

"Qarabağ" PAOK-u tarixə sala bilər

5 Dekabr 2016 13:49

Azərbaycan çempionu "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin rekordunun təkrarlanmasında pay sahibi ola bilər. Təmsilçimizin mübarizə apardığı J qrupunda qalan komandanın 10 xalla mübarizəni dayandırması mümkündü.

Balotellinin "Liverpul"la müqaviləsindəki maraqlı şərt

5 Dekabr 2016 13:47

2014/15 mövsümündə "Liverpul"un şərəfini qoruyan Mario Balotellinin ingilis klubu ilə müqaviləsində maraqlı şərt üzə çıxıb.

Deputat spikerə:  “Gedin və kəndlinin faciəsini görün”

5 Dekabr 2016 13:43

Fermerlər kreditlərini heç nə ilə bağlaya bilmirlər, deputatlar isə sakitcə Yeni il bayramına hazırlaşırlar.

Azərbaycanı "Eurovision-2017"də bu qız təmsil edəcək

5 Dekabr 2016 13:42

"Eurovision-2017" Mahnı Müsabiqəsi ilə bağlı Münsiflər Heyətinin iclası keçirilib.  İTV-nin İctimayyətlə əlaqələr şöbəsindən verlən məlumata görə, dekabrın 5-də keçirilən iclasda Azərbaycanı müsabiqədə hansı müğənninin təmsil etməsi məsələsinə baxılıb və qərar qəbul edilib. Münsiflər Heyəti bu missiyanın Diana Hacıyevaya həvalə edilməsi barədə qərar verib.  Azvision.az

Türk dünyası Turan ocağına yığıldı

5 Dekabr 2016 13:35

Nəhayət ki, Turan ocağını ziyarət etmək bizə də nəsib oldu. Vəfatının dördüncü ildnümü ərəfəsində Türk dünyasının sevdalısı Turan Yazqanın anma proqramlarına dəvət alarkən heç bir tərəddüd etmədən bu dəvəti dəyərləndirmək qərarı verdim. Sevinc və maraq hissləri bir-birinə qarışmışdı.

Elçin Hüseynbəyli yazır... Yaltaq

5 Dekabr 2016 13:31

Soruşsam ki, ömrünüzdə yaltaq görmüsünüz? Məni dəli yerinə qoyacaqsınız. “O olmasın, bu olsun”dakı Rüstəm bəy kimi əllərinizi oynada-oynada, gözlərinizi təəccübdən bərəldə-bərəldə deyəcəksiniz: “Bu nə danışır, alə!?”

“JEK”lər niyə ləğv edilmir?

5 Dekabr 2016 13:25

Bu strukturun saxlanmasında kimlərin marağı var? Dünya bazarında neftin qiymətinin ucuzlaşması, iqtisadiyyatında baş verən geriləmənin ölkəmizə təsiri dövlət qurumlarında struktur islahatlarının aparılmasını zəruri edib. Ekspertlərin qənaətinə görə, Azərbaycanda bir-birini təkrarlayan dövlət qurumlarının sayı kifayət qədər çoxdur. Odur ki, həmin təşkilatların azaldılması ilə bağlı tədbirlər həyata keçirilməkdədir. Belə ki, artıq ölkədə bir sıra struktur islahatları reallaşdırılıb. Lakin bütün bunlara baxmayaraq maraqlıdır ki, 2009-cu ildən bəri ləğv olunacağı gözlənilən mənzil istismar sahələri, yəni əhalinin "JEK" kimi tanıdığı qurumlar hələ də fəaliyyətlərini davam etdirirlər. Ölkədə ciddi struktur islahatlarının aparıldığı bir dövrdə "JEK"lər nədənsə yada düşmür. Yeri gəlmişkən qeyd edək ki, ötən həftə Milli Məclisdə aparılan büdcə müzakirələri zamanı Mənzil-Kommunal İstiasmar sahələrinin (MKİS-“JEK”) özəlləşdirilməsinin mümkünlüyü ifadə olunub. Məlumat üçün bildirək ki, yeni "Mənzil Məcəlləsi"nə əsasən, "JEK"lər ləğv olunmalı və əvəzində yeni idarəçilik sistemi yaradılmalıdır. Onların funksiyalarının müəyyən hissəsini bələdiyyələr, müəyyən hissəsini isə yeni yaradılacaq məhəllə komitələri həyata keçirməlidir. Qeyri-rəsmi məlumatlara görə, hazırda ölkəmizdə 200-ə yaxın "JEK" var və bunlardan 150-si paytaxtda fəaliyyət göstərir.

İlham Əliyev: "Serbiya ilə Azərbaycan beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək verir" - YENİLƏNİB 

5 Dekabr 2016 13:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Serbiya Respublikasının daxili işlər naziri Neboyşa Stefanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.