Parketmə qaydalarını pozanlar ciddi cəzalanacaqlar

Dekabrın 5-də Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. İclasda İnzibati Xətalar Məcəlləsinə yeni 602-1 (Lisenziyalar və icazələr haqqında qanunvericiliyin pozulması) maddəsinin əlavə edilməsi müzakirə olunub.

Dekabrın 5-də Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. İclasda İnzibati Xətalar Məcəlləsinə yeni 602-1 (Lisenziyalar və icazələr haqqında qanunvericiliyin pozulması) maddəsinin əlavə edilməsi müzakirə olunub. Dəyişiklik barəsində məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, yeni maddəyə əsasən "Lisenziyalar və icazələr haqqında" qanunda nəzərdə tutulmuş məlumatların həmin qanunla müəyyən edilmiş müddətdə və qaydada lisenziya və icazə verən orqan tərəfindən müvafiq icra hakimiyyəti orqanına, səlahiyyətli orqana və lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına verilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək cərimələnəcək. Onun sözlərinə görə, sahibkarın müraciəti əsasında lisenziya və icazə verən orqan tərəfindən səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara yazılı və şifahi şəkildə izahatlar verilməməsinə, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki yardım göstərilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək cərimə edilir. Dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə əldə edilməsi mümkün olan sənədlərin lisenziya və icazə verən orqan tərəfindən ərizəçidən tələb olunmasına görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimələnir. Lisenziya və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi üçün qanunvericiliyə uyğun olaraq, aidiyyəti dövlət orqan və müəssisələrinin tələb olunan rəyin və verməli olduqları sənədlərin alınması üçün lisenziya və icazə verə orqan tərəfindən tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər 500 manatdan 1000 manatadək cərimə olunur. Layihə MM-in plenar iclasına tövsiyə edilib. Ardınca İnzibati Xətalar Məcəlləsinə maşınların parklanması ilə bağlı dəyişiklər müzakirə olunub. Dəyişiklik layihəsinə əsasən, Azərbaycanda avtomobilləri parketmə qaydalarının pozulmasına və avtomobilin idarəsi zamanı "əlil" adından yalandan istifadəyə görə cəzalar tətbiq edilir. Məcəlləyə əlavə edilən 342.1.11 maddəsinə görə, "əlil" tanınma nişanından qanunsuz istifadə edilməsinə görə, 40 manat məbləğində cərimə tətbiq olunacaq. Əlavə edilən digər 346-1.1 və 346-1.2 maddəsinə görə isə nəqliyyat avsitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş aparılmadan və ya ödəniş aparılmış müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə, bundan başqa nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parkalnmaya görə 10 manat məbləğində cərimə tətbiq olunacaq. Məcəlləyə əlavə edilən digər 346-1.3 maddəsinə görə, əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə 10 manat cərimə tətbiq olunur. Əlavə edilən başqa 346.1-4 maddəsinə görə isə parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına görə, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə 10 manat məbləğində cərimə tətbiq olunacaq. Əlavə edilən 346-1.5 maddəsinə görə isə nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanmasına görə isə 20 manat məbləğində cərimə tətbiq edilir. Digər dəyişikliyə görə, Azərbaycanda qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirərkən, müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsi və düşürülməsinə görə cəza tətbiq edilir. Qeyri-müntəzəm sərnişin daşımalarının müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə yerinə yetirilməsinə və qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirərkən, müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsi və düşürülməsinə görə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir. Müzakirələr zamanı çıxış edən millət vəkili Rafael Cəbrayılov təklif edib ki, Rusiyada olduğu kimi, əlil və müharibə veteranlarına, milli qəhrəmanlara maşın parklanması pulsuz olsun: "Əlillərə, müharibə veteranlarına, milli qəhrəmanlara, dövlət və vətən qarşısında xüsusi xidmətləri olan şəxslər üçün maşınların parklanması tam ödənişsiz olmalıdır. Biz hətta, Qarabağ müharibəsi iştirakçılarına da maşınların parklanmasını pulsuz etməliyik. Vətən uğrunda vuruşaraq əlil olmuş insanların, milli qəhramanların da Rusiya qanunvericiliyində olduğu kimi, maşınlarını pulsuz park etməsi üçün tam şərait yaratmalıyıq". Deputat Fəzail Ağamalı isə qeyd edib ki, bəzi ticarət mərkəzlərinə girəndə 30 dəqiqə belə maşını park etsən yenə də səndən pul alınır: "Axı gün ərzində alınan bu qədər pul hara gedir? Böyük ticarət mərkəzlərində parklanmaya görə pulların büdcəyə deyil, şəxsi cidblərə getməsi narahatçılıq doğurur. O pullar dövlətin büdcəsinə gedir? Xeyr, mən bilirəm ki, o pullar dövlətin büdcəsinə getmir. Bu gün Bakı şəhərində çoxlu sayda belə qanunsuz parketmə məntəqələri var. Odur ki,biz bu məsələyə ciddi yanaşmalıyıq. Həmin formada parklanmadan hər gün kifayət qədər gəlir əldə edənlərin pulları, vergiləri dövlət büdcəsindən niyə yayınsın ki?!"

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31