Balotellinin "Liverpul"la müqaviləsindəki maraqlı şərt
2014/15 mövsümündə "Liverpul"un şərəfini qoruyan Mario Balotellinin ingilis klubu ilə müqaviləsində maraqlı şərt üzə çıxıb.
5 Dekabr 2016 13:47 İdman2014/15 mövsümündə "Liverpul"un şərəfini qoruyan Mario Balotellinin ingilis klubu ilə müqaviləsində maraqlı şərt üzə çıxıb.
İtalyan hücumçu aqressiv davranışa görə 2 dəfədən çox meydandan qovulmasaydı, 1 milyon funt bonus qazanacaqdı. Bu aqressiv davranışa rəqibə tüpürmək və digər təhqir elementləri olan rəftar daxil imiş. "Qırmızılar"ın heyətində cəmi 1 qol vuran Balotelli 2015-ci ildə "Milan"a icarəyə göndərilmiş, ötən yay isə "Nice" klubuna transfer olunmuşdu. Goal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31