Gündəm
Bunu biləndən sonra Wi-Fi-ı söndürmədən yatmayacaqsız
Müasir evləri Wi-Fi olmadan təsəvvür etmək mümkün deyil. İnternetə nəinki evdə, işdə, ticarət mərkəzlərində, təhsil müəssisələrində, ümumiyyətlə hər yerdə böyük ehtiyac var. Bəs bizi gecə-gündüz əhatə edən Wi-Fi sistemi insana necə təsir edir?
Türk məhsulları İsraildə
Ötən həfətədən sonundan etibarən İsrail Kənd Təsərufatı Nazirliyi ölkəyə Türkiyədən meyvə - tərəvəz və diğər kənd təsərrüfatı məhsullarının idxalatına icazə verib. Nazirlik tərəfi bu addımın havaların soyuması ilə əlaqədar olaraq məhsulların bahalaşması və bazarda azlmasını əsasolaraq göstərib. Qış aylarında kənd təsərrüfatı bazarını çeşidli məhsullarla təmin etməyin zəruri olduğu vurğulanıb. Qeyd edək ki, xəbəri “Olaylar” – ın Türkiyə bürosu yayıb.
Rusiya qırıcısı dənizə düşdü
Rusiyanın “Admiral Kuznetsov” təyyarədaşıyan qrupunun tərkibindəki ikinci qırıcı qəzaya uğrayıb. Publika.az xəbər verir ki, bu haqda nüfuzlu aviasiya jurnalisti Dvevid Sensiotti “The Aviationist” nəşrində yazıb.
Neftin qiyməti 16 aydan sonra 55 dolları ötüb
Dünya birjalarında neft bahalaşmaqdadır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46 dollar artaraq 52,14 dollar təşkil edib.
ATƏT-in Minsk qrupu Ermənistanın təsavüzkarlığına dəstək verir
Rövşən Məmmədli: “Ermənistanın pozucu hərəkətləri ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasında ciddi məsələ qaldırılmalıdır” Son aylar Dağlıq Qarabağ problemi ətrafında cərəyan edən proseslər, daha doğrusu Ermənistanın maraqlarına uyğun olaraq atılan addımlar onu deməyə əsas verir ki, beynəlxalq aləm hər vəchlə Azərbaycanı işğal faktı ilə barışmağa vadar edir. Bütün bunlardan ruhlanan Ermənistan daha da aqressiv mövqe sərgiləyir. Elə bir müddət əvvəl Rusiya ilə birgə hərbi birliyin yaradılması barədə məsələnin gündəmə gəlməsi də işğalçı ölkənin qeyri-konstruktivliyi və aqressiyasının nümunəsidir. Elə ekspertlər bu qənaətdədirlər.
Gələn il üçün ilk hərrac elan edildi
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 10 yanvar 2017-ci il tarixində keçiriləcək yeni hərraca 20 səhmdar cəmiyyəti, 44 kiçik dövlət müəssisə və obyekti, 15 istifadəsiz qeyri-yaşayış sahəsi olmaqla ümumilikdə 79 əmlak çıxarılıb. Əmlak Məsələləri Dövlət Komitəsindən “Olaylar”a verilən məlumata görə, vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir.
Avtomobilin gizli saxlanc yerlərindən mobil telefonlar aşkarlandı
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 3 ədəd “Samsung Galaxy J2 Prime” və 3 ədəd “Samsung Galaxy J3 (6)” mobil telefonları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Şəkidə 3 otaqlı ev yanıb
Şəki şəhərində vətəndaşa məxsus 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Naziriyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 153 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 2 otağının və çardağının yanar konstruksiyaları 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
7 rayonda sürücülük vəsiqələri dəyişdirilib
Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu kütləvi sürücülük vəsiqəsinin dəyişdirilməsi və dövlət qeydiyyatına alınmayan kənd təsərrüfatı texnikalarını qeydiyyata alınması kampaniyasını Cəlilabad rayonunda davam etdirmişdir.
Elmar Məmmədyarov Belçika və Almaniyaya səfər edəcək
Xarici işlər naziri Elmar Məmmədyarov Belçika və Almaniyaya işgüzar səfər edəcək. Bu barədə XİN-dən “Olaylar”a verilən məlumata görə, Elmar Məmmədyarov 7 dekabr 2016-cı il tarixində Brüssel şəhərində keçiriləcək NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirləri toplantısına qatılacaq. 8-9 dekabr 2016-cı il tarixində isə Hamburq şəhərində keçiriləcək ATƏT-in 23-cü nazirlər şurasının iclasında iştirak etmək üçün Belçika və Almaniyaya işgüzar səfər edəcək. Sözügedən tədbirlərdə Elmar Məmmədyarovun çıxışları və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
“Quş qripi”nə görə aparılan monitorinq başa çatıb
Noyabrın 28-dən “quş qripi” xəstəliyinə görə ölkə ərazisində DBNX, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə başlanılan növbəti monitorinq başa çatıb.
Rusiya FTX Azərbaycan və Qazaxıstanla birgə əməliyyat keçirib, 1400-dən çox sərhəd pozucusu saxlanılıb
Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri Azərbaycan və Qazaxıstandan olan həmkarlarının dəstəyi ilə keçirdikləri əməliyyat nəticəsində Xəzər dənizi hövzəsində 1400-dən çox sərhəd pozucusu saxlanılıb.
Tibb Universitetinin korpusu da yanmışdı, amma heç kimi məsuliyyətə cəlb etmədilər
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Dəm qazı hər gün can almaqdadır
Kimdir günahkar, vətəndaş, yoxsa əlaqədar təşkilatlar? Hacıqabulda bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. Hadisə səhər saat 5.35 radələrində Hacıqabul şəhəri Ə. Vahid küçəsi 107/a ünvanında qeydə alınıb. Ağamalıyevlər ailəsinə məxsus mənzildə qaz cihazından sızan dəm qazı ailənin 6 üzvünü zəhərləyib. Digər bir məlumata örə, Azərbaycanda dəm qazı daha 4 nəfərin həyatına son qoyub. Dekabrın 3-də Səbail rayonu ərazisində yaşayan Afər Quliyev, Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan Arzu Nuriyev, Gəncə şəhərində yaşayan Flora Hacıyeva, Mingəçevir şəhərində yaşayan Akif Hüseynov evlərində dəm qazından zəhərlənərək ölüblər.
3 yaşlı uşaq su kanalında boğulub
Sabirabadda azyaşlı uşaq faciəli şəkildə ölüb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, dekabrın 4-də Sabirabad rayonunun Yaxabeşdəli kəndində yaşayan 3 yaşlı Nahidə Balayeva kənd ərazisindəki su kanalına düşüb boğularaq ölüb. Faktla bağlı araşdırma aparılır.














