Gündəm

Komitə sədri: "Tamaşa zamanı reklam verilməsi hörmətsizlikdir" 

5 Dekabr 2016 15:48

“Teatr tamaşası sənət əsəridir. Sənət əsərinin dünyasına kənar müdaxilə olunanda onun təsir gücü azalır. Tamaşanın getdiyi əsnada hər hansı reklamın verilməsi tamaşaçının və ya aktyorun diqqətini yayındıra bilər”. Bunu  Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

Arzu Nağıyev: “Rusiya Azərbaycanı bu addımı atmağa niyə vadar edir” 

5 Dekabr 2016 15:45

“Azərbaycanın Suriyada minalardan təmizləmə əməliyyatlarına qoşulması hər hansı bloka üzv olması mənasına gəlmir”. Bunu SİA-ya politoloq Arzu Nağıyev deyib.

Özbəkistanın yeni prezidentinin adı məlum olub

5 Dekabr 2016 15:42

Özbəkistanda keçirilən prezident seçkisində Şövkət Mirzəyev qalib gəlib. Bunu ölkə Mərkəzi Seçki Komissiyasının sədri bildirib. Məlumata görə, Ş.Mirzəyev 88,61 faiz səs toplayıb. 

Mübariz Qurbanlı bəzi din xadimlərinin spirtli içki içməsi barədə iddialara münasibət bildirib

5 Dekabr 2016 15:41

“Hər başına papaq qoyan və əlində “Quran” tutan adam din xadimi deyil”. Bu fikirləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Fitnə” filminin nümayişi zamanı tələbələrdən birinin sualını cavablandırarkən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Xəzər dənizində zəlzələ olub

5 Dekabr 2016 15:38

Xəzər dənizində zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən report-a verilən məlumata görə, təkanlar yerli vaxtla saat 16:50:18-də Xəzər dənizində qeydə alınıb. Maqnitudası 3, dərinliyi 60 km olan zəlzələ hiss olunmayıb.  Milli.az

Musiqili Teatr daha bir Beynəlxalq quruma üzv oldu

5 Dekabr 2016 15:35

Azərbaycan Dövlət Musiqili Teatrı daha bir beynəlxalq teatr təşkilatına üzv olub. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı Qərbi Asiya və Şimali Afrika Dövlətləri Teatr Xadimlərinin Birliyində Azərbaycanı təmsil edən yeganə mədəniyyət müəssisəsi olacaq. 

Türkiyə və Cənubi Qafqaz: geosiyasi sabitliyin şərtləri

5 Dekabr 2016 15:31

Bir sıra ekspertlər Ankaranın son zamanlar xarici siyasətdə daha da fəal olduğunu vurğulayırlar. Onlar qeyd edirlər ki, Türkiyə Yaxın Şərq, Balkanlar və Qafqaz istiqamətlərində xeyli təsirli addımlar atmağa başlayıb. O cümlədən Ankara Ermənistanın silahlandırılmasına həssaslıqla yanaşmaqdadır.

Evlərə qənim kəsilən qardaşların qolları qandallandı

5 Dekabr 2016 15:28

Oktyabrın 31-də Bakı şəhər sakini Həmilə Zamanovanın evindən 2200 manat və 400 ABŞ dolları, habelə 2000 manat dəyərində qızıl əşyalar və mobil telefon oğurlanıb. DİN-dən “Olaylar” verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini Sərdar Məmmədov tutulub, daha 1 nəfər isə müəyyən edilib. Ətrafında aparılımış əməliyyat tədbirləri ilə onun dekabrın 2-də qardaşı Rövşənlə birgə Sulutəpə qəsəbəsində yaşayan Rafiq Siyahovun evindən spirtli içki və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.

55 baş qoyun oğurlayanlar ifşa edildilər

5 Dekabr 2016 15:26

Oğurluq etdiklərinə görə tutulmuş Şamo Əmirovun və Rövşən Məmmədovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Saatlı RPŞ əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb. DİN-dən verilən məəlumata görə, onların Şahbəndər Mirzəyevə və Aladdin Aybazova məxsus həyətyanı sahələrdən 55 baş qoyun oğurlamaları müəyyən edilib. Araşdırmalar davam etdirlir. 

Toyda qanlı olay

5 Dekabr 2016 15:24

Həmyerlisini öldürüb qaçdı Dekabrın 4-də Qaradağ rayonunun Qobustan qəsəbəsindəki "Qobustan" şadlıq sarayında qəsəbə sakini Vüsal Neymətov münaqişə zəminində həmyerlisi Fəxri Kərimova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. DİN-dən “Olaylar” verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş F.Kərimov orada dünyasını dəyişib. Qaradağ RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Növbəti diaqnostik qiymətləndirmə Kürdəmirdə keçiriləcək

5 Dekabr 2016 15:23

Dekabrın 8-10-da Kürdəmirdə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, Kürdəmir Olimpiya İdman Kompleksində keçiriləcək imtahanlarda bu rayonla yanaşı, Ağsu, Ucar, Ağcabədi və Zərdab rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlər də imtahan verəcək.

AzTU-da “Uçuruma aparan yol” bədii filminin təqdimatı olub

5 Dekabr 2016 15:21

Azərbaycan Texniki Universitetində(AzTU) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gəncləri ziyanlı vərdişlərdən uzaqlaşdırmaq”layihəsinin təqdimatı keçirilib.

Polşada Gənc Alimlərin Beynəlxalq Elmi Konfransı keçirilib

5 Dekabr 2016 15:19

Dünya Azərbaycanlıları Assambleyasının vitse-prezidenti, gənc alim Raqif Hüseynovun təşəbbüsü və təşkilatçılığı ilə Varşava Təbiət Elmləri Universitetində Gənc Alimlərin Beynəlxalq Elmi Konfransı keçirilib.

Kanada telekanalında ilk dəfə aparıcı hicablı qadın oldu

5 Dekabr 2016 15:07

Tarixdə ilk dəfə Kanada televiziyasında xəbərlər proqramının aparıcısı hicablı müsəlman qadın olub. Yeni aparıcının adı Ginella Massadır. 29 yaşlı Massa Toronto şəhərində yerləşən "City News" telekanalında efirə çıxıb. Veriliş izləyicilərin marağına səbəb olub.

Ramil Usubov serbiyalı həmkarı ilə görüşüb

5 Dekabr 2016 15:03

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Serbiya baş nazirinin müavini - daxili işlər naziri Neboyşa Stefanoviç Azərbaycana rəsmi səfər edib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, dekabrın 5-də R. Usubov Neboyşa Stefanoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. R. Usubov ölkəmizin tarixən Balkan dövlətləri, o cümlədən Serbiya ilə dostluq əlaqələrinin mövcudluğunu, hələ ikinci dünya müharibəsi zamanı xalqlarımızın faşizmə qarşı birgə mərdliklə mübarizə apardıqlarını, Yuqoslaviya partizan hərəkatında azərbaycanlıların da yer aldıqlarını məmnunluqla xatırladıb.