Özbəkistanın yeni prezidentinin adı məlum olub
Özbəkistanda keçirilən prezident seçkisində Şövkət Mirzəyev qalib gəlib. Bunu ölkə Mərkəzi Seçki Komissiyasının sədri bildirib. Məlumata görə, Ş.Mirzəyev 88,61 faiz səs toplayıb.
5 Dekabr 2016 15:42 DünyaÖzbəkistanda keçirilən prezident seçkisində Şövkət Mirzəyev qalib gəlib. Bunu ölkə Mərkəzi Seçki Komissiyasının sədri bildirib. Məlumata görə, Ş.Mirzəyev 88,61 faiz səs toplayıb.
Qeyd edək ki, Ş.Mirzəyevin namizədliyi Özbəkistan Liberal-Demokrat Partiyası, parlamentin Aşağı Palatasının vitse-spikeri Sarvar Otamuradovun namizədliyi Milli Dirçəliş Partiyası tərəfindən irəli sürülüb. Ədalət Sosial-Demokrat Partiyasının lideri Nəriman Umarov və Xalq-Demokrat Partiyasının sədri Xatomjon Ketmenov da prezidentliyə namizəddirlər.
Xatırladaq ki, Özbəkistanın birinci prezidenti İslam Kərimov bu il sentyabrın 2-də 78 yaşında insult nəticəsində vəfat edib. Prezidentin müvəqqəti səlahiyyətlərini ölkənin baş naziri Şövkət Mirzəyev yerinə yetirir. report.az