Evlərə qənim kəsilən qardaşların qolları qandallandı
Oktyabrın 31-də Bakı şəhər sakini Həmilə Zamanovanın evindən 2200 manat və 400 ABŞ dolları, habelə 2000 manat dəyərində qızıl əşyalar və mobil telefon oğurlanıb. DİN-dən “Olaylar” verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini Sərdar Məmmədov tutulub, daha 1 nəfər isə müəyyən edilib. Ətrafında aparılımış əməliyyat tədbirləri ilə onun dekabrın 2-də qardaşı Rövşənlə birgə Sulutəpə qəsəbəsində yaşayan Rafiq Siyahovun evindən spirtli içki və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.
5 Dekabr 2016 15:28 KriminalOktyabrın 31-də Bakı şəhər sakini Həmilə Zamanovanın evindən 2200 manat və 400 ABŞ dolları, habelə 2000 manat dəyərində qızıl əşyalar və mobil telefon oğurlanıb. DİN-dən "Olaylar" verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini Sərdar Məmmədov tutulub, daha 1 nəfər isə müəyyən edilib. Ətrafında aparılımış əməliyyat tədbirləri ilə onun dekabrın 2-də qardaşı Rövşənlə birgə Sulutəpə qəsəbəsində yaşayan Rafiq Siyahovun evindən spirtli içki və ərzaq məhsulları oğurlaması da müəyyən edilib.