Polşada Gənc Alimlərin Beynəlxalq Elmi Konfransı keçirilib
Dünya Azərbaycanlıları Assambleyasının vitse-prezidenti, gənc alim Raqif Hüseynovun təşəbbüsü və təşkilatçılığı ilə Varşava Təbiət Elmləri Universitetində Gənc Alimlərin Beynəlxalq Elmi Konfransı keçirilib.
5 Dekabr 2016 15:19 SosialDünya Azərbaycanlıları Assambleyasının vitse-prezidenti, gənc alim Raqif Hüseynovun təşəbbüsü və təşkilatçılığı ilə Varşava Təbiət Elmləri Universitetində Gənc Alimlərin Beynəlxalq Elmi Konfransı keçirilib. DAA-dan "OLAYLAR"-a bildirilib ki, konfransda Azərbaycan, Türkiyə, Polşa, Rusiya, Macarıstan, Hindistan, Qazaxıstan, Qana, Albaniya, Fillipindən olan gənc tədqiqatçı alimlər iştirak ediblər. Konfrans "Müasir dövrdə kənd təsərrüfatının və sənayenin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusuna həsr edilib. Raqif Hüseynov çıxışında Gəncə-2016 Avropa gənclər paytaxtı haqqında danışıb. Raqif Hüseynov çıxışının sonunda Azərbaycanın tarixini, iqtisadiyyatını, elmini, incəsənətini, mədəniyyətini özündə əks etdirən ingilis dilində olan videofilmi konfrans iştirakçılarına təqdim edib. Konfransın sonunda Azərbaycanın mədəniyyəti və incəsənətinin təbliği məqsədilə Azərbaycan gecəsi təşkil olunub. Azərbaycan gecəsi çərçivəsində gənc və istedadlı pianist Gizem Kardalın ifasında Üzeyir Hacıbəyovun və Müslüm Moqamayevin bəstələrindən ibarət konsert proqramı təşkil edilib.