AzTU-da “Uçuruma aparan yol” bədii filminin təqdimatı olub

Azərbaycan Texniki Universitetində(AzTU) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gəncləri ziyanlı vərdişlərdən uzaqlaşdırmaq”layihəsinin təqdimatı keçirilib.

Azərbaycan Texniki Universitetində(AzTU) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Gəncləri ziyanlı vərdişlərdən uzaqlaşdırmaq"layihəsinin təqdimatı keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan AzTU-nun prorektoru, professor İsa Xəlilov tələbələri maarifləndirmək üçün belə tədbirlərin keçirilməsinin vacib olduğunu bildirib. Prorektor bildirib ki, siqaret, narkomaniya, alkoqolizm kimi ziyanlı vərdişlərdən tələbələrin uzaqlaşdırılması ən başlıca məsələlərdən biridir.İsa Xəlilov qeyd edib ki, son illərdə texnologiyanın inkişafı ilə əlaqədar olaraq yeniyetmə və gənclər arasında məqsədsiz, hərəkətsiz saatlarla internet qarşısında əyləşən və fərqində olmadan internetdən asılı hala gələn insanların sayı da gündən-günə artmaqdadır. Prorektor çıxışında bu kimi tendensiyaların qarşısının alınması üçün AzTU-da mütəmadi tədbirlər keçirildiyini, filmlər çəkildiyini, braşürlər və bukletlər çap olunaraq tələbələr arasında marifləndirmə işlərinin daha da sürətləndirildiyini vurğulayıb. Tədbirdə çıxış edən təlimçilər tələbələrə zərərli vərdişlərdən uzaqlaşmağın və ümumiyyətlə bu vərdişlərə yiyələnməməyin yolları haqqında geniş məlumat veriblər. Çıxışlarda bildirilib ki, sağlam gələcəyin bir nömrəli təminatçısı sağlam gənclikdir!

Daha sonra AzTU-nun tələbələrinin təşəbbüsü ilə çəkilən "Uçuruma aparan yol" adlı bədii film nümayiş olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31