7 rayonda sürücülük vəsiqələri dəyişdirilib
Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu kütləvi sürücülük vəsiqəsinin dəyişdirilməsi və dövlət qeydiyyatına alınmayan kənd təsərrüfatı texnikalarını qeydiyyata alınması kampaniyasını Cəlilabad rayonunda davam etdirmişdir.
5 Dekabr 2016 14:41 İqtisadiyyatKənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin "Səyyar Xidmət" Qrupu kütləvi sürücülük vəsiqəsinin dəyişdirilməsi və dövlət qeydiyyatına alınmayan kənd təsərrüfatı texnikalarını qeydiyyata alınması kampaniyasını Cəlilabad rayonunda davam etdirmişdir. Kampaniya respublikanın Cəlilabad bölgəsinin 7 rayonunu (Cəlilabad, Masallı, Lənkəran, Lerik, Astara, Yardımlı, Biləsuvar) əhatə etmişdir. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, tədbirdə Səyyar Qrup tərəfindən müddəti keçmiş və ya yararsız vəziyyətdə olan - 149 nəfərin sürücülük vəsiqələri dəyişdirilmiş, 1 nəfər isə imtahan verərək yeni sürücülük vəsiqəsi almışdır. Qeyd edək ki, kütləvi sürücülük vəsiqəsinin dəyişdirilməsi və texnikaların dövlət qeydiyyatına alınması kampaniyası respublikanın bütün böyük kənd təsərrüfatları rayonlarında müntəzəm olaraq davam etdiriləcəkdir.