Elmar Məmmədyarov Belçika və Almaniyaya səfər edəcək
Xarici işlər naziri Elmar Məmmədyarov Belçika və Almaniyaya işgüzar səfər edəcək. Bu barədə XİN-dən “Olaylar”a verilən məlumata görə, Elmar Məmmədyarov 7 dekabr 2016-cı il tarixində Brüssel şəhərində keçiriləcək NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirləri toplantısına qatılacaq. 8-9 dekabr 2016-cı il tarixində isə Hamburq şəhərində keçiriləcək ATƏT-in 23-cü nazirlər şurasının iclasında iştirak etmək üçün Belçika və Almaniyaya işgüzar səfər edəcək. Sözügedən tədbirlərdə Elmar Məmmədyarovun çıxışları və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.
5 Dekabr 2016 14:39 SiyasətXarici işlər naziri Elmar Məmmədyarov Belçika və Almaniyaya işgüzar səfər edəcək. Bu barədə XİN-dən "Olaylar"a verilən məlumata görə, Elmar Məmmədyarov 7 dekabr 2016-cı il tarixində Brüssel şəhərində keçiriləcək NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirləri toplantısına qatılacaq. 8-9 dekabr 2016-cı il tarixində isə Hamburq şəhərində keçiriləcək ATƏT-in 23-cü nazirlər şurasının iclasında iştirak etmək üçün Belçika və Almaniyaya işgüzar səfər edəcək. Sözügedən tədbirlərdə Elmar Məmmədyarovun çıxışları və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.